13:18 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla icra edilmişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
02:01 22.01.2013

 

Azərbaycanda son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun qabaqcıl ölkələrin səhiyyə sisteminə inteqrasiya olunmasına zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun artmasına səbəb olmuşdur. İndi ölkəmizdə böyrək köçürülməsi əməliyyatları adi hala çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu Mərkəzi Klinik Ambulatoriyanın yenidən qurulması da dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ən uğurlu addımdır. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi Cəmil Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsi bir sıra uğurlara imza atmışdır. Mərkəzi Klinik Xəstəxanada uğurla icra edilən süni ürək köçürülməsi əməliyyatı da  bu uğurlardan biridir.

Azərbaycanda ilk dəfə aparılan süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan "HeartMate 2" süni ürək cihazı implantasiya edilmişdir. AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev yanvarın 21-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.

K.Musayev demişdir ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılmışdır. Yataq xəstəsi olan və ağır dozada dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. Dilatasiob kardiomiopatiya xəstəliyindən uzun müddət əziyyət çəkən xəstə ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilmiş və ona uzunmüddətli süni ürək cihazı köçürülməsi məsləhət görülmüşdür. Hazırda xəstənin süni ürək cihazı öz funksiyasını normal yerinə yetirir və onun  yaxın günlərdə evə buraxılması planlaşdırılır.

Qeyd edilmişdir ki, bu əməliyyatların milli kadrlar tərəfindən aparılması Azərbaycan  səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsini göstərir.

Xəstə İ.Mənsurov demişdir: "Gördüyünüz kimi, vəziyyətim yaxşıdır. Bu xəstəlikdən uzun müddət idi ki, əziyyət çəkirdim. Müalicə üçün qonşu Gürcüstana da getmişdim, lakin orada məni xəstəxanaya götürmədilər. Son ümid yeri kimi Mərkəzi Kliniki Xəstəxanaya gəldim. Həkimlər məni müayinə etdikdən sonra əməliyyat aparılmasını məsləhət bildilər. İndi ayaq üstə gəzə bilirəm. Respublikamızda belə beynəlxalq səviyyəli klinikanın yaradılmasına  görə dövlətimizin başçısına minnətdaram. Eyni zamanda, mənə ikinci dəfə həyat bəxş edən həkimlər və tibb bacılarına təşəkkür edirəm. Artıq ürək əməliyyatı üçün xaricə getməyə heç bir ehtiyac yoxdur".

Süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Sevindirici haldır ki, artıq Azərbaycanda süni ürək cihazının köçürülməsi reallığa çevrilmişdir. Prezident İlham Əliyevin müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsini, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM