18 Noyabr 2011 03:11
387
İDMAN
A- A+

Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verilir

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbərliyi  Azərbaycanda səfərdə olan türk döyüş idman növü - Dünya Sayokan Federasiyasının (DSF) rəhbəri Yağbu Nihat, DSF-nin prezidenti Unal Özdemir və vitse-prezidenti Mücahit Coşqun və Azərbaycan Soyakan Federasiyasının rəhbəri Vasif Namazovla görüşmüşdür. 

Görüşdə şuranın sədri, Milli Məclisin deputatı  Fuad Muradov bildirmişdir ki, Azərbaycan ilə Türkiyə hər zaman tarixə söykənən qardaşlıq münasibətlərinin inkişafı istiqamətində ciddi addımlar atmışlar. İstər idman, istər mədəniyyət, istərsə də digər sahələrdə daim bir-birimizə dəstək verməyə həmişə hazırıq. Ortaq dəyərlərimizin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhfəsini verir. Düşünürəm ki, Sayokan Türk Döyüş növünün Azərbaycanda yayılmasına və inkişafına biz öz tərəfimizdən lazımi dəstəyi verəcəyik.

Sayokan Dünya Federasiyasının rəhbəri Yağbu Nihat   vurğulamışdır ki, türk birliyinin güclənməsində idmanın da rolu çox böyükdür.

ARGTMŞ-nin idarə heyətinin üzvü, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov bildirmişdir ki, bu gün Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verilir. İdmanın bütün sahələri ölkəmizdə yüksək inkişaf mərhələsindədir. Milli dəyərlərimizdən qaynaqlanan bu idman növü də Azərbaycan gənclərində yüksək maraq doğuracaqdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video