13:23 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:15 10.09.2021

 

Rusiya mütəxəssisləri ilə birgə “Mi” tipli helikopterin növbəti səyyar əsaslı təmiri uğurla başa çatıb.

“ASG Helicopter Services” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə belə irimiqyaslı layihənin həyata keçirilməsi “ASG Holding”in prezidenti Teymur Məmmədovun və Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirovun iştirakı ilə Zabrat hava limanında keçirilən tədbirdə qeyd edilib. Tərəflər müvafiq “təhvil-təslim” aktını imzalayıblar və onlara helikopterin simvolik açarı təqdim olunub.

Qeyd olunan Servis mərkəzi “ASG Helicopter Services”in törəmə şirkətidir və Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri ilə məşğuldur. Bu, Azərbaycan ərazisində həyata keçirilən üçüncü təmirdir. Lakin əvvəlki iki təmirdən fərqli olaraq bu dəfə hərbi-nəqliyyat təyinatlı helikopterin təmiri həyata keçirilib.

Səyyar əsaslı təmir xidmətlərinin göstərilməsi, helikopter istehsalçıları tərəfindən Servis mərkəzinə icazənin verilməsi və hava gəmilərinin əsaslı təmirinin aparılması üçün müvafiq müstəqil sertifikatın alınması prosesinin bir hissəsidir.

Bölgədə Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri üçün ilk aviasiya təmiri müəssisəsinin tikintisinə 2020-ci ildə “ASG Helicopter Services” tərəfindən tam maliyyələşdirilməklə başlanılıb.

Qeyd edək ki, həmin mərkəz hazırda bu sahədə istifadə olunan müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin istehsalat gücü ildə 12 vahiddən 15 vahidədək təmirin aparılması üçün nəzərdə tutulub. Güc qurğularının və çıxarıla bilən avadanlıqların bir hissəsinin təmiri həm ölkədəki, həm də xaricdəki aparıcı sənaye müəssisələrində həyata keçiriləcək.

Aviaşirkətin əsasında tam funksional Servis mərkəzini yaratmaq fikri ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranıb. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycan ilə Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olub.

Qeyd edək ki, Servis mərkəzində işlərin ilkin mərhələsində 100 nəfərədək şəxsin işlə təmin olunması planlaşdırılır. Gələcəkdə Mərkəzin istehsal dövriyyəsi artdıqca işçilərin sayı da artırılacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM