10 Fevral 2012 01:02
849
Milli Məclis
A- A+

Azərbaycanda az bir vaxtda yoxsulluğun səviyyəsinin çox aşağı düşməsi görünməmiş nəticədir

 

"Albaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapacağına inanır". Bu fikirləri dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə Albaniyanın Baş naziri Sali Berişa söyləyib.

Görüşdə Oqtay Əsədov bildirib ki, Azərbaycan Albaniya ilə əməkdaşlıqda maraqlıdır və iki ölkə arasında münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün əlaqələr genişlənməlidir. İndiyədək iki ölkə arasında 2 sənədin imzalandığını söyləyən spiker gələcəkdə bunun sayının artacağını da qeyd edib. Azərbaycanın dinamik inkişaf edən və Avratlantik məkana inteqrasiya olunan ölkə olduğunu deyən Oqtay Əsədov bununla belə, ölkəmizin ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını bildirib. Spiker vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Ancaq 20 il ərzində bu prqoblem həll olunmayıb. BMT, AŞ PA və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğaldan qeyri-şərtsiz azad olunması ilə bağlı qətnamələri olsa da, Ermənistan bunlara əməl etmir. Milli Məclisin Sədri Albaniyanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bundan sonra da beynəlxalq təşkilatlarda ölkəmizin yanında olacağına əminliyini bildirib.    

Azərbaycanın son illərdə qazandığı uğurları, ölkədə gedən sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasını böyük naliyyət hesab edən Sali Berişa qeyd edib ki, ölkəmizdə az bir vaxtda yoxsulluğun səviyyəsinin çox aşağı düşməsi görünməmiş nəticədir. Onun sözlərinə görə, Albaniya Azərbaycanla hər sahədə əməkdaşlığa önəm verir. "Azərbaycanın nəinki regionda, hətta dünyada inkişaf edən ölkələrin sırasına çıxması Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir" - deyən baş nazir Albaniyada neft şirkətlərində özəlləşdirilməyə başlanıldığını diqqqətə çatdırıb və Azərbaycan investorlarının, şirkətlərinin də bu prosesdə iştirakını arzulayıb. Baş nazir eyni zamanda, iki ölkə arasında turizim sahəsində də əməkdaşlığın inkişaf edə biləcəyinin mümkünlüyünü dilə gətirib. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa ümidvar olduğunu bildirib ki, Oqtay Əsədov yaxın zamanlarda Albaniyaya səfərə gedəcək və bundan sonra qarşılıqlı əlaqələr daha da genişlənəcək.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, əlaqələr daha sıx olarsa, Azərbaycan investorları Albaniya ilə əməkdaşlığı genişləndirər. Dövlət başçıları və hər iki ölkənin parlamentinin qurduğu münasibətlər bu əməkdaşlığa dəstək verəcək. Spiker yaxın zamanlarda Albaniyaya səfər edə biləcəyini də söyləyib.     

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video