14:13 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
19:17 22.04.2021

Aprelin 21-22-də “Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə” adlı onlayn seminar keçirilib. Seminar Təhsil Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI) birgə təşkilatçılığı ilə keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd seminar iştirakçılarının peşə təhsili, həmçinin ali təhsildə energetika sahələri üzrə tədris və təlim zamanı dayanıqlı inkişaf naminə təhsil strategiyalarından istifadə olunmasına dair müvafiq biliklərin əldə edilməsi ilə onların potensialının gücləndirilməsidir. Maraqlı tərəflər arasında çoxsahəli dialoqun qurulması, beynəlxalq təcrübələrin öyrənilməsi ilə təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyalarının inkişafı mexanizmlərinin müzakirə olunması seminarın əsas vəzifəsi olub.

Seminarda açılış nitqi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktoru Pərviz Yusifov çıxış edib. Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, PTDA-nın şöbə müdiri Zaur Əliyev “Ölkədə peşə təhsili üzrə cari vəziyyət”, Təhsil Nazirliyinin sektor müdiri və BMT-nin Avropa İqtisadi Komissiyası ilə milli əlaqələndiricisi Ayla Həsənova-Məmmədova seminara hazırlıq çərçivəsində keçirilmiş “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun nəticələri, İqtisadiyyat Nazirliyinin əməkdaşı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin nümayəndəsi Elnur İbrahimov isə “Azərbaycanda dayanıqlı inkişaf: həyata keçirilmiş tədbirlər və perspektivlər” mövzularında təqdimatlarla çıxış ediblər.

Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan islahatları əhatə edən təşəbbüslərdən irəli gəlib.

Qeyd edək ki, “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun və seminarın nəticələri əsasında ölkədə ali təhsil və peşə təhsili sahələrində dayanıqlı inkişaf naminə təhsil strategiyasının daha geniş tətbiqi məqsədilə tövsiyə sənədi hazırlanacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM