07:25 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan yazıçısı Varisə “Sülh səfiri” titulu verilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
14:22 30.03.2021

 

Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçiyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif edib. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib.

AZƏRTAC xəbər verir ki, yazıçımız bu şərəfə Avropada dərc edilən “Metamorfoz” romanında, “Babam, zalımlar və əncir ağacı”, “Sonuncu mogikan” kimi hekayələrində, o cümlədən Almaniyada dərc olunmuş “Payız natürmortu” kimi esselər toplusunda Xeyirin Şər üzərindəki qələbəsini tərənnüm etdiyinə, insan mənəviyyatının zənginliklərini üzə çıxardığına, eləcə də son illərdə dünya miqyasında böyük ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, “Payız natürmortu” əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir: “Təbiətin özünəməxsus şəkildə işğalçı müharibələrə etiraz etmək xüsusiyyəti var. “Xarı bülbül” adlı floranın unikal nümunəsi sayılan, xarici görünüşcə bülbülü xatırladan möcüzəli çiçək mövcuddur, o yalnız Dağlıq Qarabağın ürəyi sayılan Şuşa şəhərinin ətrafında bitir. 1992-ci ildə ermənilər tərəfindən işğal ediləndə Şuşa şəhəri tamamilə dağıdılmışdı, yerlə-yeksan olunmuşdu. Şahidlərin söylədiyinə görə, bu işğaldan sonra çiçək daha açmırdı”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM