20 Noyabr 2016 12:11
796
Oxucu məktubları
A- A+

Azərbaycan xalqının səbri sonsuz deyil!

 

Milli azadlığımız, dövlət müstəqilliyimiz çətin və məşəqqətli yollardan keçib. Başımıza çox faciələr gəlib: torpaqlarımız işğal olunub, yüz minlərlə soydaşımız əzəli torpaqlarımızdan qovulub, elindən-obasından qaçqın, didərgin salınıb.

Maddi-mənəvi sıxıntılara məruz qalmışıq. Bütün bunları törədənlərin də bir məqsədi olub: Azərbaycanın azadlığına, müstəqilliyinə yol verməmək. Ancaq Vətən, millət deyə azadlıq uğrunda canından belə keçməyə hazır olan igid oğullarımızın sayəsində bu gün Azərbaycan müstəqil dövlətdir. Dövlət müstəqilliyi ən ali dəyərdir. Biz buna nail olmuşuq. Doğrudur, itki və qurbanlarımız da az olmayıb. Qarabağ düyünü hələ də çözülməyib. Amma Azərbaycan xalqı iradəsini bildirib: nəyin bahasına olursa-olsun Qarabağı, işğal altındakı bütün torpaqlarımızı azad edəcəyik! Bunun uğrunda hər fədakarlığa hazırıq. Buna iqtisadi gücümüz də var, hərbi qüdrətimiz də! Azərbaycanın yüksəlişi ordu quruculuğunda özünü daha qabarıq büruzə verib. Milli Ordu təchizatı və döyüş qabiliyyəti ilə regionun üstün güclərindən biridir. Ermənistanın silahlı quldur birləşmələrini qısa müddətdə darmadağın etməyə qadirdir. Aprel döyüşlərində bütün dünya buna şahid oldu.

Biz hamımız əminik ki, tarixi məqam yetişdiyi an, geosiyasi mühit buna münasib olduğu zaman Azərbaycan Silahlı Qüvvələri bu şərəfli missiyanı yerinə yetirib torpaqlarımızı azad edəcək. Biz sülhsevər xalqıq. İstəyirik bu problem qan tökülmədən, ədalətlə həll olunsun. Düşmən və havadarları bilməlidirlər ki, Azərbaycan xalqının səbri sonsuz deyil və biz işğalla heç bir zaman barışmayacağıq! Əslində, bilirlər də! Elə bu səbəbdən hər vəchlə status-kvonu qoruyub saxlamağa çalışırlar. Amma əbəs yerə. Ali Baş Komandanımızın əmr verəcəyi an erməni separatizminə, terroruna, Ermənistan vasitəsilə Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyulacaq! Hər bir Azərbaycan vətəndaşı bu milli amalın müsəlləh əsgəridir və bunun naminə həyatını belə qurban verməyə hazırdır!

 

Müşfiq HƏSƏNOV,

Tərtər rayon sakini, müharibə veteranı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video