19:03 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Azərbaycan xalqına ömrüm boyu borcluyam»
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:01 29.01.2012

 

Qasım Babayev deyir ki, mən taleyimdən çox razıyam. Qayğıkeş, qədirbilən Azərbaycan xalqına ömrüm boyu borcluyam. Qasım kişi çox maraqlı, eyni zamanda, çox keşməkeşli həyat yolu keçib. Dağıstanın Şinaz kəndində anadan olub. Amma neçə illərdir ki, Ağstafa rayonundakı Kol Xəlfəli kəndinin ağsaqqalı sayılır.

Bu da təsadüfi deyil. 1942-ci ildə Ağstafaya, aviasiya məktəbinə göndərilir. Sonra ordu həyatı başlanır. Birinci Ukrayna cəbhəsində vuruşur. 121 dəfə döyüş uçuşu həyata keçirib. Onların 120-dən uğurla qayıdıb. Yalnız bir dəfə məqsədinə yetə bilməyib. Krakov səmasında yaralandığına görə tapşırıq yarımçıq qalıb.

1945-ci ilin dekabrında xüsusi qatar altmış nəfər təyyarəçini Mahaçqala şəhərinə gətirir. Bəs, Qasım Babayev hara getsin? Ata-anasını çoxdan itirmişdi, müharibədə olanda bacısı da dünyasını dəyişmişdi.

Vağzalda təyyarəçiləri təntənə ilə qarşıladılar. Onları təbrik edənlərin önündə Azərbaycanın böyük oğlu, o zaman Dağıstana rəhbərlik edən Əziz Əliyev də var idi.

Qasım Babayev deyir ki, gördüm mehribandır, qayğıkeşdir. Fikrimi o böyük insana söylədim. Məhz onun köməyi ilə də Ağstafaya qayıtdım. Qıraq Kəsəmən kəndində İsgəndər adlı bir dostumun yanına gəldim. Məni doğma qardaşı kimi qarşıladı.

Xeyirxah insanların köməyi ilə Telli adlı bir qızla tanış olub ailə qurdum. Hər ikimiz qiyabi yolla ali təhsil aldıq.

Qasım Babayev rus dili müəllimi, Telli xanım isə məktəb direktoru oldu. Beləcə keçmiş döyüşçü Telli xanımla çiyin-çiyinə üç oğul, bir qız böyütdü. İndi onların doqquz nəvəsi, üç nəticəsi var.

Böyük oğlu Şahin elmlər doktoru, "Vorobyova" sanatoriyasının baş həkimidir. Qalan övladlar da ev-eşik sahibidirlər. Böyük nəvə Elçin Babayev babasının yolunu davam etdirir, Azərbaycan Milli Aviasiya Akademiyasında oxuyur.

 

İbrahim ƏLİYEV,

"Ağstafa" qəzetinin baş redaktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM