08 Fevral 2013 12:02
538
PARLAMENT
A- A+

Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq daha da möhkəmlənir

 

Azərbaycanda səfərdə olan Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdü.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq əlaqələrinin qədim tarixi var və dost ölkənin müdafiə nazirinin Bakıya səfəri hərbi sahədə əməkdaşlığın inkişafına təkan verəcək. Çünki Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafında iki ölkənin prezidentlərinin xüsusi rolu var.

Oqtay Əsədov diqqətə çatdırdı ki, qarşılıqlı rəsmi səfərlər və keçirilən yüksək səviyyəli görüşlər zamanı Azərbaycan və Xorvatiya arasında 12 mühüm sənəd imzalanıb, daha 13 sənəd imzalanma ərəfəsindədir. Bu sənədlər əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi baza yaradır: "İnanırıq ki, sizin bu səfəriniz çərçivəsində Bakıda imzalanan hərbi-texniki əməkdaşlığa dair Anlaşma Memorandumu müdafiə sahəsində əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcək".

Milli Məclisin Sədri parlamentlərarası münasibətlərdən danışaraq qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası ilə səmərəli əməkdaşlıq edir. Bugünə qədər Bakıda NATO PA-nın bir neçə tədbiri, həmçinin iki dəfə Rouz-Rout seminarı keçirilib. Daha bir tədbirin Bakıda 2014-cü ildə təşkil olunması planlaşdırılıb.

Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç isə Azərbaycana səfərindən və Bakıda keçirdiyi görüşlərdən razılığını ifadə etdi. Qonaq bildirdi ki, hər iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu hərbi-sənaye və müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə geniş imkanlar yaradacaq.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında müxtəlif sahələrdə, o cümlədən hərbi qanunvericilik, hərbi təhsil, təlim sahələrində əməkdaşlığın və təcrübə mübadiləsinin perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video