16:13 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının təşkilatçılığı ilə UNESCO kafedralarının əməkdaşlıq məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
14:42 10.04.2021

Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının birgə təşkilatçılığı ilə iki ölkədə qeyri-maddi mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən UNESCO kafedraları arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr edilmiş onlayn iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyətə başlamış “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO Kafedrası ilə Ankara Hacı Bayram Vəli Universitetinin Türk Folkloru Təcrübə və Araşdırma Mərkəzində fəaliyyət göstərən “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO Kafedrası arasında əməkdaşlığı təşviq etmək, qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək və milli komissiyalar arasında fevralın 5-də keçirilmiş onlayn iclasda razılaşdırılmış istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək olub.

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanın sahib olduğu zəngin mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. O, həmçinin UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının sıx əlaqələrindən danışaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində əməkdaşlığın praktiki əhəmiyyətini qeyd edib, eləcə də iki ölkənin iştirakı ilə UNESCO-ya təqdim edilən qeyri-maddi mədəni irs sahəsində olan nominasiyalardan bəhs edib.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz çıxışında yaxından əməkdaşlığa görə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təşəkkürünü ifadə edib və iki ölkənin milli komissiyaları arasında qeyri-maddi mədəni irs sahəsi ilə yanaşı, mədəni və təbii irs, UNESCO-nun müxtəlif proqramları üzrə də mütəmadi görüşlərin təşkil edilməsinin vacibliyinə toxunub.

Daha sonra tədbir iştirakçıları tərəfindən qeyri-maddi mədəni irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən işlərdən və perspektiv layihələrdən danışılıb, türkdilli ölkələrin bu istiqamətdə əməkdaşlığı ilə bağlı təkliflər səsləndirilib, həmçinin qeyri-maddi mədəni irs sahəsində UNESCO kafedralarının sayının artırılması istiqamətində və ümumi maraq kəsb edən digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO Kafedrası və “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO Kafedrasının, eləcə də hər iki ölkənin aidiyyəti qurumlarının 30-dək nümayəndəsi iştirak edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM