06 May 2021 00:48
1140
Mədəniyyət
A- A+

Azərbaycan və Türkiyə nizamişünasları şairin 880 illiyinə həsr edilən konfransda bir araya gəldilər

 

2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır.

Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, söz yox ki, onun zəngin irsinin yenidən araşdırılması və təbliği istiqamətində yeni imkanlar açır.

“Nizami Gəncəvi və ədəbi mirası” mövzusunda keçirilən beynəlxalq videokonfransda bütün bunlar barəsində ətraflı söhbət getmişdir. Gəncə Dövlət Universiteti ilə Türkiyənin Kastamonu Universitetinin birgə təşkil etdikləri videokonfransda dahi şairin bəşəri ideyalarla zəngin olan bədii irsi ətrafında maraqlı fikirlər səslənmişdir.

Konfransı giriş sözü ilə Kastamonu Universitetinin professoru Orhan Söylemez açaraq iki qardaş ölkənin birgə ədəbi əlaqələrindən, eləcə də Nizami Gəncəvinin yaratdığı ölməz əsərlərdən danışmışdır. Diqqətə çatdırmışdır ki, Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin nadir şəxsiyyətlərindən biridir. Nizami dühasının bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində təsiri qalır. Buna görədir ki, dünya ədəbi-elmi fikrində Nizami sənətinə olan maraq heç vaxt azalmır. Şairin ölməz əsərləri zaman-zaman istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.

Sonra Türkiyənin Giresun Universitetinin professoru Beyhan Kesik “Klassik türk ədəbiyyatında Leyli və Məcnun hekayələri”, Kastamonu Universitetinin professorları Abdullah Aydın “Osmanlı şairlərinə görə Nizami Gəncəvi” və professor Vüsale Musalı “Nizami Gəncəvi və Osmanlı ədəbiyyatı”, Gəncə Dövlət Univrsitetinin professorları Mübariz Yusifov “Nizami şəxsiyyəti və Nizamidə obrazlaşdırma haqqında” və nizamişünas alim Xəlil Yusifli “Nizami Gəncəvinin həyatı ilə bağlı mülahizələr” mövzusunda məruzələrlə çıxış etmişlər.

Məruzəçilər qeyd etmişlər ki, Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, Azərbaycan xalqının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb-yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət edir.

Videokonfrans iştirakçıların arzu və təklifləri ilə başa çatmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video