16:05 03 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu

ANA SƏHİFƏ / SİYASƏT
02:37 17.06.2021

 

İyunun 16-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə iki qardaş ölkə gənclərinin Zəfər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forum Türkiyə və Azərbaycan prezidentlərinin tarixi Şuşa səfərindən sonra sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunub.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Gənclər Fondu ilə Türkiyə Gənclər Fondu arasında sıx əməkdaşlıq mövcuddur. Məhz bu əməkdaşlığın nəticəsidir ki, ölkələrimiz arasında bu sahədə birgə tədbirlər və layihələr həyata keçirilir: “Əməkdaşlığımız bütün münasibətlərimiz kimi artıq səmimi dostluğa çevrilib. Dünən dövlətlərimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Artıq Azərbaycan və Türkiyə qardaş olmaqla yanaşı, həm də müttəfiq dövlətlərdir. Şübhəsiz, gənclər sahəsində fəaliyyət göstərən hər kəsin üzərinə də böyük məsuliyyət düşür. Belə ki, ortaq marağımızı bütün dünyaya çatdırmalıyıq”.

Fərid Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Zəfərə həsr olunan forumda hər iki ölkənin gənclər təşkilatları ilə yanaşı, Vətən müharibəsi qazilərinin də iştirakı tədbirin əhəmiyyətini daha da artırır. O, Türkiyə ilə daha böyük layihələrin həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Eminoğlu Azərbaycana Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gəldiyini və ölkəmizdə bir çox görüşlər keçirdiklərini vurğulayıb: “Bir çox görüşlərdə iştirak etmişik. Ötən gün Şuşada olduq. Bütün bunlar çox tarixi və unudulmaz günlərdir. Biz Tərtər, Bərdə və Gəncəyə səfər etdiyimiz zaman tezliklə Şuşaya, eyni zamanda işğaldan azad olunmuş Qarabağa getmək arzularımızı ifadə etmişdik. Arzularımız həyata keçdi. Şuşa Bəyannaməsi ilə Şuşada Türkiyənin baş konsulluğu açılacaq. Azərbaycan üçün çox dəyərli olan Şuşa ümumilikdə türk dünyasının da mədəniyyət paytaxtı olacaq”.

Zəfər Forumunda iştirakdan məmnunluğunu bildirən Enes Eminoğlu forumun əhəmiyyətini xüsusi vurğulayıb.

Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə və Elnur Ələkbərov, aparıcı gənclər təşkilatlarının rəhbərləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfərdə Türkiyə dövlətinin və xalqının, o cümlədən gənclərinin fəal dəstəyinin və postmünaqişə dövründə əməkdaşlığın əhəmiyyətindən danışıblar. Onlar Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin gənclər sahəsində də müxtəlif layihə və proqramlarla daha da möhkəmləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Çıxış edənlər Azərbaycan və Türkiyənin

daim çətin anlarda bir-birinin yanında olduqlarını vurğulayaraq, xalqımızın Vətən müharibəsindəki Qələbəsinin həm Azərbaycan, həm də Türkiyə gəncləri arasında sonsuz coşqu və qürur hissi ilə qarşılandığını qeyd ediblər.  Forumda qardaş ölkələrimizin gəncləri ikitərəfli münasibətlərin sürətlə inkişaf etdirilməsinə görə dövlət başçılarına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin Azərbaycan və Türkiyə gənclərinin qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda ortaq fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunub.

Dövlətlərimizin başçılarının ötən gün imzaladıqları tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən natiqlər bununla bir milləti təmsil edən iki dövlətin qardaşlıq bağlarının daha da möhkəmləndiyini vurğulayıblar. Onlar bəyannamədə də qeyd edildiyi kimi, gənclərimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün səylə çalışacaqlarını bildiriblər. Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gənclərinin bundan sonra da birgə və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəklərini vurğulayıblar. 

Foruma Əskişəhər və Gəncə şəhərlərindən onlayn qaydada fəal gənclərin səsləndirdikləri Yunus Əmrənin və Nizami Gəncəvinin şeirləri, eləcə də Əməkdar artist Zaur Əmiraslanovun “Çırpınırdın, Qara dəniz” mahnısını ifa etməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Minə yaxın gəncin iştirakı ilə hibrid şəkildə təşkil edilən forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr və fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilən “Qarabağ Zəfəri” mövzusunda rəsm müsabiqəsinin azərbaycanlı və türkiyəli qalibləri, eləcə də TÜGVA-nın Türkiyənin 81 vilayətindəki nümayəndəliklərinin təmsilçiləri canlı və ya onlayn şəkildə qatılıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM