09:32 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Rusiya hüquq alimləri arasında elmi körpü yaratmış jurnal
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
03:09 30.12.2020


Rusiya-Azərbaycan humanitar əlaqələri son 20 ildə daha yüksək dinamizmlə inkişaf edib, xüsusilə elm və təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib.

Xatırlatmaq lazımdır ki, Prezident Vladimir Putinin hələ 2001-ci ildə Azərbaycana reallaşan ilk rəsmi səfərindən sonra Rusiya Federasiyasının Təhsil Nazirliyi azərbaycanlı gənclərin bu ölkədə təhsil almaları üçün müxtəlif ali təhsil müəssisələrində 100-dək yer ayırıb. Azərbaycanlı tələbələr bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, İ.M.Qubkin adına Dövlət Neft və Qaz Akademiyasında, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında, O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında və digər nüfuzlu universitetlərdə təhsil alırlar.

İkitərəfli elmi əlaqələrin inkişafında təkcə ali təhsil müəssisələrinin, habelə nüfuzlu elm xadimlərinin deyil, ixtisaslaşmış elmi təşkilatların rolunu xüsusi qeyd etmək lazımdır. Hüquq sahəsində müştərək elmi tədqiqatların və layihələrin reallaşdırılmasında Moskva şəhərində yerləşən Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqı, habelə qurumun Azərbaycan nümayəndəliyi öz sözünü deyir.

İttifaq 1992-ci ildə Moskva Dövlət Hüquq Universitetinin (MDHU) rektoru, akademik Oleq Kutafinin təşəbbüsü ilə yaradılıb. Təşkilata 2010-cu ildən tanınmış hüquqşünas, Rusiya Federasiyasının Əməkdar elm xadimi və Ali Attestasiya Komissiyasının elmi katibi, professor İqor Maskeviç rəhbərlik edir. İttifaqın Azərbaycan nümayəndəliyi də səmərəli elmi fəaliyyətinə, təşəbbüskarlığına, novator tədqiqatlarına görə fərqlənir.

AZƏRTAC xəbər verir ki, çoxşaxəli hüquqi araşdırmaların, ikitərəfli və çoxtərəfli elmi-hüquqi əlaqələrin geniş auditoriyaya çatdırılmasında İttifaqın təsisçi olduğu "Kriminalistlər və Kriminoloqlar İttifaqı” beynəlxalq elmi jurnalın da xidmətləri müstəsnadır. Rübdə bir dəfə nəşr olunan, Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tanınan jurnalda Rusiya və postsovet məkanının elmi-hüquqi problemləri yüksək peşəkarlıqla araşdırılır, eyni zamanda, dünya təcrübəsinə istinadlar edilir. Nəşr sanballı elmi tədqiqatlara yer verməklə, habelə nəzəri problemləri dərin analitik təhlil sücgəcindən keçirməklə, təkcə fundamental tədqiqatlarla məşğul olan nüfuzlu alimlərin deyil, praktik fəaliyyətə üstünlük verən hüquqşünasların da dərin rəğbətini qazanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının və O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin təşəbbüsü ilə "Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalının 2020-ci ilin III rübündə çapdan çıxmış nömrəsi Azərbaycan - Rusiya elmi əməkdaşlığına, eləcə də hüquq elminin aktual məsələləri üzrə tədqiqatlara həsr olunub.

Jurnala "Ön söz”ü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, eləcə də Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Mau və O.E.Kutafin Moskva Dövlət Hüquq Universitetinin rektoru Viktor Blajeyev yazıblar.

Akademik Urxan Ələkbərov "Ön söz”ündə jurnalın ərsəyə gəlməsindəki nəcib və faydalı təşəbbüslərinə, habelə iki ölkənin hüquqşünasları arasında xoş ənənələrə əsaslanan intensiv əlaqələrin, elmi-hüquqi bazanın inkişafındakı xidmətlərinə görə yuxarıda adları çəkilən Rusiya ali təhsil ocaqlarının rəhbərlərinə təşəkkürünü bildirib. Qeyd olunub ki, insan sivilizasiyası inkişafının hazırkı mərhələsi qlobal və lokal səviyyədə çoxsaylı iqtisadi, humanitar və sosial xarakterli çağırışları aktuallaşdırıb. "Bu, elmin və təcrübənin bütün sahələrinə, o cümlədən insanların iqtisadi, ekoloji və fərdi təhlükəsizliyinin təmininə, onların iqtisadiyyatın müxtəlif sahələrində praktiki fəaliyyətinə və beynəlxalq siyasətin həyata keçirilməsinə aiddir. Bu nəşrdə təqdim olunan elmi tədqiqatların nəticələri çox qiymətlidir və yuxarıda sadalanan məqsədlərə xidmət edir. Eyni zamanda, Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişafına, hüquqi-praktik məsələlərin həllinə qiymətli töhfədir”, - deyə vurğulayan akademik Urxan Ələkbərov ikitərəfli qarşılıqlı faydalı əlaqələrin bundan sonra da yüksək dinamizmlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

"Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalında tanınmış azərbaycanlı hüquqşünas alimlərin dərc olunmuş məqalələri, eyni zamanda, respublikamızda həyata keçirilən demokratik ruhlu hüquqi islahatlara sanballı, elmi-konseptual yanaşmanı və analitik baxışı əks etdirir. Bu baxımdan, "Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli hüquq mənbələrinin formalaşması problemləri”, "Azərbaycan Respublikası qanunvericiliyində tibb işçilərinin peşə cinayətlərinə görə məsuliyyətinin diferensasiyası”, "Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terrorçuluq strategiyası və dini terrorizmə görə məhkum edilmiş şəxslərin islahı üzrə işlərin təkmilləşdirilməsi zəruriliyi”, "Heydər Əliyevin kriminoloji baxışları”, "Beynəlxalq yükdaşımalarda nəqliyyat təhlükəsizliyi”, "İnsan hüquq və azadlıqlarının beynəlxalq-hüquqi tənzimlənməsi”, "Müqəddəs kitablarda cəza” və s. sərlövhəli məqalələr elmi-analitik siqləti, faktoloji zənginliyi və mövzuya orijinal yanaşma spesifikası ilə maraq doğurur.

Nəşrdə işıq üzü görmüş bir sıra tədqiqatlar aktuallığına və praktiki əhəmiyyətinə görə seçilir. Bu sırada, ilk növbədə, Rusiya Kriminalistlər və Kriminoloqlar İttifaqının sədri, professor İqor Maskeviçin "Heydər Əliyevin kriminoloji baxışları” məqaləsini qeyd etmək lazımdır. Məqalədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm mərhələlərinə toxunulur, xüsusilə təhlükəsizlik orqanlarındakı qüsursuz, nümunəvi fəaliyyətinin keçmiş Azərbaycan SSR-də qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatı, cinayətkarlığın müxtəlif forma və təzahürlərinə qarşı səmərəli mübarizənin təşkili baxımından əhəmiyyəti vurğulanır.

Məqalədəki maraqlı xatırlatma da diqqəti cəlb edir: 1980-ci illərin ortalarında Ümumittifaq Hüquq İnstitutunda (indiki Moskva Dövlət Hüquq Universiteti) böhranlı vəziyyət yaranır və bu təhsil müəssisəsi bağlanmaq təhlükəsi ilə üzləşir. Həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışan, elm və təhsil sahələrinə rəhbərlik edən Heydər Əliyev bunun yolverilməz olduğunu qətiyyətlə əsaslandıraraq ümumittifaq əhəmiyyətli təhsil ocağının bağlanmasının qarşısını alır.

Məqalədə həmçinin qeyd edilir ki, Ulu Öndər xeyli sonralar - 1990-cı illərdə Rusiyaya rəsmi səfərlərinin birində MDHU-nu ziyarət edib, habelə Kriminalistlər və Kriminoloqlar İttifaqının fəaliyyəti ilə tanış olub, dəyərli tövsiyələrini verib.

Jurnalda diqqəti cəlb edən digər elmi tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin "İnsan hüquq və azadlıqlarının qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi” məqaləsidir. Yeri gəlmişkən qeyd edək ki, İsaxan Vəliyev Kriminalistlər və Kriminoloqlar

İttifaqının Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri, habelə "Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalının redaksiya kollegiyasının üzvüdür.

Prosessor İsaxan Vəliyevin elmi məqaləsi insan hüquqları məhfumunun faktiki olaraq bütün zaman və məkanlarda inkişafına həsr olunub. Məqalədə 1789-cu ilə - Fransa Burjua inqilabı dövrünə təsadüf edən İnsan Haqları Deklarasiyası haqqında geniş məlumat verilib, sənədin 7 və 8-ci bəndlərinin sonradan cinayət hüququ elminin əsas prinsiplərindən birinə çevrilməsi qeyd olunub. Həmin müddəalarda deyilir ki, heç kəs qanunda göstəriləndən başqa hallarda günahlandırıla və həbs oluna bilməz.

"Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalının nəşri və fəaliyyəti iki ölkənin tanınmış elm xadimləri arasında əlaqələrin genişləndirilməsi, faydalı elmi müzakirələrin təşkili, hüquqi-elmi yeniliklərin təbliği baxımından əhəmiyyətli hesab edilir. Beynəlxalq elmi jurnal müxtəlif sahələr üzrə tədqiqatlar aparan görkəmli hüquq alimlərini vahid məqsədlər ətrafında birləşdirən, mübahisəli hüquqi məsələlər ətrafında elmi müzakirələri təmin edən səmərəli əməkdaşlıq platformasıdır.

Ümumilikdə Rusiya və Azərbaycanın hüquq ictimaiyyətinin yekdil yanaşması, mövqeyi bundan ibarətdir ki, ölkələrimizin elmi elitaları arasında uzun illər boyu formalaşmış faydalı münasibətlər hazırkı dövrün aktual çağırışlarına adekvat olaraq daha da genişləndirilməli, ikitərəfli əlaqələrə sanballı töhfələr verməlidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM