27 Oktyabr 2021 22:49
734
CƏMİYYƏT
A- A+

Azərbaycan və Qazaxıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

 

Oktyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında videoformatda görüş keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Erjan Nukejanov Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu vurğulayaraq, iki dövlət arasındakı münasibətlərin tarixi köklərindən və ortaq dəyərlərimizdən bəhs edib. Mədəni və dini sahələrdəki sıx münasibətlərin davam etdirilməsinin önəminə diqqət çəkən E.Nukejanov Qazaxıstanın dini mühiti barədə geniş məlumat verib. Ölkəsində müxtəlif mədəniyyət və konfessiyaların inkişafı üçün bütün hüquqi, sosial bazanın yaradıldığını, eləcə də dini radikalizmə qarşı genişmiqyaslı mübarizə tədbirlərinin həyata keçirildiyini qeyd edib.

DQİDK sədri Mübariz Qurbanlı isə öz növbəsində bildirib ki, hər iki xalqın liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan dostluq münasibətlərini bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla davam etdirirlər. Ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında məlumat verən Mübariz Qurbanlı qeyd edib ki, dövlət tərəfindən dinlərə diqqət və qayğı hər zaman prioritet hesab olunur. Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dindən və insanların dini inanclarından istifadə etməyə cəhd edən radikal elementlərə qarşı mübarizə sahəsində görülən işlərə toxunub. Komitə sədri, eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməsinin önəmini, o cümlədən erməni vandalizmi barədə faktları diqqətə çatdırıb.

Sonda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında Memorandum imzalanıb.

Dini sahədə əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək məqsədilə imzalanan Memorandumda qarşılıqlı maraq doğuran məsələlər barədə konfranslar, dəyirmi masalar və digər bu kimi tədbirlərin təşkil edilməsi, zərərli dini ideologiyanın və dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, dini təhsil müəssisələri arasında əməkdaşlığın dəstəklənməsi kimi müddəalar öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video