18 Oktyabr 2021 19:44
680
PARLAMENT
A- A+

Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib

 

Oktyabrın 18-də Azərbaycan və Latviya qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş Müstəqilliyin Bərpası Günü münasibətilə Milli Məclisin üzvlərini təbrik edib. Azərbaycan və Latviyanın müstəqilliklərinin bərpası yolundakı oxşarlıqlara diqqət çəkən Roman Naudinş cari ilin iyununda Azərbaycana səfərini xatırlayıb. O, Latviya Seyminin üzvləri ilə Azərbaycanın azad edilmiş torpaqlarına səfəri zamanı Ermənistan işğalının acı nəticələrini əyani müşahidə etməklərindən danışıb.

Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov öz növbəsində qonaqları salamlayaraq Azərbaycanın müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti ilə qarşılaşmasından söz açıb. O, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Zəfərlə nəticələnən Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş torpaqlarda ermənilər tərəfindən tamamilə dağıdılmış infrastrukturun yenidən qurulması barədə məlumat verib. Ərazi bütövlüyümüzü dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü ifadə edən Kamran Bayramov Azərbaycanın regionda kommunikasiyaların açılmasının, iqtisadi əməkdaşlığın və qalıcı sülhün tərəfdarı olduğunu bildirib.

Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım və Emin Hacıyev də Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi böhranlardan, ulu öndər Heydər Əliyevin dühası sayəsində bu böhranlardan çıxmasından, məhz o illərdə atılan addımların ölkəmizin bugünkü nailiyyətlərinin əsasını təşkil etməsindən bəhs edib, bölgədə mövcud vəziyyət, azad olunmuş ərazilərin bərpası prosesi barədə qarşı tərəfə məlumat veriblər.

Görüşdə iştirak edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov isə mövcud əməkdaşlıq münasibətlərinə, ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivlərinə nəzər salıb.

Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədr müavini Armands Krauze və qrupun digər üzvləri Vitali Orlov, Aleksandr Kirşteins çıxışlarında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətləri ilə bağlı fikirlərini səsləndiriblər.

Onlayn görüşdə Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video