22:10 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilir
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:56 06.08.2021

Avqustun 6-da Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda iştirak etmək məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Arkan Al-Şeybanin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İraqlı qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İraq sıx tarixi, dini və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə çatdırılıb ki, gələn il Azərbaycanla İraq arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək.

Nazir Rəşad Nəbiyev İraq nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. Müharibədən sonra İraq Parlamentinin rəhbərliyi və millət vəkilləri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təbrik məktublarının ünvanlanmasından duyulan məmnunluq ifadə olunub.

Sonra Rəşad Nəbiyev Azərbaycanda nəqliyyat, rabitə və rəqəmsal transformasiya sahələrində görülən və planlaşdırılan işlər, eləcə də ölkəmizin makroiqtisadi göstəricilərini diqqətə çatdırıb.

İclasda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün güclü potensialın olduğu vurğulanıb. Ticarət, iqtisadiyyat, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü il dekabrın 4-də Bakı şəhərində keçirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM