22 Avqust 2021 12:05
555
SİYASƏT
A- A+

Azərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş keçirilib

 

İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının komandanı kontr-admiral Əbdülvahab Tahiri ilə Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.

Birinci dərəcəli kapitan H.Xəlilov "Dəniz Kuboku" müsabiqəsinin bu il İran İslam Respublikasında təşkil olunmasına görə iranlı həmkarına təşəkkürünü bildirib. Yarışın iştirakçı ölkələr arasında dostluq münasibətlərinin daha da artırılması məqsədilə keçirildiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video