Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edir
Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Gürcüstanın qonşu və dost ölkələr olduğunu deyən Milli Məclisin sədri bu dostluğun çoxəsrlik tarixə malik olduğunu söyləyib. Xalqlarımız əsrlərboyu bir-birinə dəstək olub. Azərbaycanda çoxlu sayda gürcülər, Gürcüstanda isə azərbaycanlılar yaşayırlar. Onlar cəmiyyətlərimizin ayrılmaz hissəsidir və ölkələrimiz arasında körpü rolu oynayırlar. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Gürcüstan Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır.
Sahibə Qafarova vurğulayıb ki, ölkələrimiz parlamentlər səviyyəsində də təqdirəlayiq əməkdaşlıq edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Əməkdaşlığımız ikitərəfli və çoxtərəfli əsasdadır və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər. Görüşdə Milli Məclisin sədri Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərdiyi dəstəyə görə öz adından və Milli Məclisin deputatları adından Gürcüstan hökumətinə minnətdarlığını ifadə edib. Bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixə qovuşub. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu münaqişəni özü həll edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Artıq ölkəmiz azad olunmuş əraziləri bərpa edir, yenidən qurur. Lakin Ermənistan yenə də öz təcavüzkar siyasətindən əl çəkmir. Minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bu isə çoxlu sayda hərbçilərin və mülki şəxslərin həlak olmasına səbəb olur. Bununla Ermənistan bərpa işlərinə və məcburi köçkünlərin geri qayıtması prosesinə mane olmağa çalışır. Ermənistanın bu davranışı bölgənin inkişafı üçün böyük təhlükədir.
Səmimi görüş üçün minnətdarlığını bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, o, Azərbaycanı özünə doğma ölkə hesab edir. “Gürcüstan Azərbaycanın dostudur və gələcəkdə də dost olaraq qalacaq”, - deyən İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu dilə gətirib.
Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.
Tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!