26 Iyul 2014 02:07
464
Elm və texnika
A- A+

Azərbaycan və Gürcüstan alimləri müvafiq Fəaliyyət Planının hazırlanmasını müzakirə ediblər

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda biomüxtəlifliyin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma məqsədilə yerli potensialın artırılması və regional əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan və Gürcüstan alimlərinin görüşü olub.

AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan AzərTAc-a bildiriblər ki, Bakıda keçirilən görüş iqlim dəyişmələrinə uyğunlaşma üzrə transsərhəd Fəaliyyət Planının hazırlanmasına həsr edilib.
Görüşdə müvafiq layihənin icra komitəsinin sədri, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov layihənin hər iki ölkə üçün əhəmiyyətindən danışıb. Eyni zamanda qeyd edilib ki, müzakirə olunan Fəaliyyət Planının yüksək keyfiyyətlə işlənilməsi və həyata keçirilməsi biomüxtəlifliyin qorunması və kənd təsərrüfatının inkişafı üçün zəruridir.
Layihə çərçivəsində görülən işlərdən bəhs edən milli əlaqələndirici, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycan-Gürcüstan sərhəd zonasında iqlim dəyişmələrinin təsirindən bəhs edib və birgə fəaliyyətin zəruriliyini vurğulayıb.
Gürcüstanlı ekspert T. Baqratia Fəaliyyət Planının ilkin versiyası barədə məlumat verib.
Müzakirələr nəticəsində Fəaliyyət Planının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. Fəaliyyət Planının bu ilin sentyabrında hər iki ölkənin müvafiq qurumlarına təqdim olunması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video