14 Aprel 2021 16:26
693
PARLAMENT
A- A+

Azərbaycan və Çexiya parlament dostluq qruplarının onlayn görüşü keçirilib

 

Aprelin 14-də Azərbaycan və Çexiya qanunvericilik orqanlarında mövcud olan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn formatda görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan parlamentinin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev çexiyalı deputatlara keçən ilin noyabrında Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsi və bugünkü vəziyyət barədə məlumat verib. O, Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan ərazilərində törətdiyi dağıntılardan və minalanmış sahələrdən danışıb. Bildirib ki, Azərbaycan erməni işğalından azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən, həmin ərazilərdə “yaşıl zona” konsepsiyasının həyata keçirilməsi, bərpa işlərində ən müasir texnologiyaların tətbiqi, ağıllı kənd və şəhərlərin salınması, köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılması nəzərdə tutulub.

Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım çıxışında Ermənistanın minalanmış sahələrin xəritələrini verməkdən imtina etməsini qarşı tərəfin təcavüz siyasətindən əl çəkməməsi kimi qiymətləndirib.

Çexiya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Zdenek Ondraçek və qrupun digər üzvləri Çexiyada hazırda mövcud olan vəziyyət və payızda keçirilməsi gözlənilən parlament seçkiləri barədə danışıblar. Qarşı tərəf erməni işğalının Azərbaycana vurduğu dağıntılar və insan itkiləri ilə bağlı fikirlərini ifadə ediblər. Çexiyalı deputatlar Azərbaycanla əməkdaşlığın Çexiya üçün böyük önəm daşıdığını, bölgədə münasibətlərin normallaşmasına yönəlmiş addımları təqdir etdiklərini bildiriblər. Çexiyalı millət vəkilləri işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılmasında və inkişafında Azərbaycana uğurlar arzulayıb, bu işdə dəstəklərini ifadə ediblər.

Görüşdə deputatlardan Ülviyyə Ağayeva, Jalə Əhmədova, Naqif Həmzəyev, Soltan Məmmədov, Elşən Musayev də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video