18:13 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın 10 illiyi qeyd edilmişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:06 11.06.2013

 

İyunun 10-da Bakıda Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında səhiyyənin gücləndirilməsi istiqamətində əməkdaşlığın 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 

Tədbirdə Azərbaycan hökumətinin təmsilçiləri, Milli Məclisin deputatları, ölkəmizdə səhiyyə sahəsində fəaliyyət göstərən  qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. 

Toplantıda məlumat verilmişdir ki, Azərbaycan hökuməti ilə USAİD arasında "İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi" və "Təcili yardımın inkişafı təşəbbüsü" adlı iki Anlaşma Memorandumu imzalanmışdır. USAİD tərəfindən maliyyələşdirilən "Azərbaycanda səhiyyənin gücləndirilməsi" layihəsi isə başa çatmışdır.

Tədbirdə USAİD-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Maykl Qrin bildirmişdir ki, "Azərbaycanda səhiyyənin gücləndirilməsi" layihəsi (2011-2013-cü illər) "İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi" layihəsinin (2007-2011-ci illər) uğurlu təcrübəsinə əsaslanır. USAİD-in maliyyə dəstəyi ilə Abt Associates Təşkilatı (ABŞ) tərəfindən həyata keçirilən hər iki layihə  çərçivəsində görülmüş işlər Azərbaycanın səhiyyə sisteminin bütün sahələrinə töhfələr vermişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə çıxışında 10 il ərzində USAİD tərəfindən həyata keçirilən layihələrin uğurlu nəticələrindən danışmışdır. Qeyd etmişdir ki, bu layihələr çərçivəsində  elmi əsaslı tibbi və klinik protokollar hazırlanmışdır. Həmin kliniki protokollara dair Azərbaycanın Səhiyyə Nazirliyi 5 mindən çox mütəxəssis üçün təlimlər təşkil etmişdir. Layihə 40 icmada sağlamlıq problemlərinin müəyyənləşdirilməsinə və problemlərin aradan qaldırılmasına yardım etmişdir.

Səfir bildirmişdir ki, hazırda Azərbaycan həkimləri təhlükəsiz doğuşlar həyata keçirir, yeni doğulmuş körpələrə daha yaxşı qulluq edir, vərəmin aşkarlanması və müalicəsində daha yaxşı nəticələr qazanırlar. O,  Azərbaycan hökuməti tərəfindən səhiyyə və təhsilə daha çox sərmayə qoyulacağına əminliyini bildirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Ramin Talıblı ölkəmizdə ABŞ-ın 13 təşkilatının fəaliyyət göstərdiyini bildirmişdir. Demişdir ki, bu layihələrin reallaşması üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi şərait yaradılmışdır. ABŞ-ın Abt Associates Təşkilatı isə 2006-cı ildə qeydiyyatdan keçmişdir. Bu təşkilat layihə üçün 9 milyon ABŞ dolları xərcləmişdir.

Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndəsi Samir Abdullayev USAİD-in həyata keçirdiyi layihələrin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ABŞ müstəqilliyimizin ilk illərində əhalinin sağlamlığının qorunması istiqamətində Azərbaycana yardım  etmişdir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı da USAİD-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirmiş və buna görə ABŞ hökumətinə minnətdarlığını bildirmişdir.

Tədbirdə həmçinin USAİD-in Azərbaycanda fəaliyyətinə həsr olunmuş film də göstərilmişdir. Eyni zamanda, layihələrin həyata keçirilməsinə kömək etdiklərinə görə Azərbaycanın bir çox təşkilatlarının rəhbərlərinə sertifikatlar təqdim olunmuşdur.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM