18:30 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan vaksinasiya məsələsində Cənubi Qafqazda lider ölkədir
ANA SƏHİFƏ / SƏHIYYƏ
15:31 03.07.2021

 

Yeni növ koronavirus (COVID-19) pandemiyasının elan edildiyi ilk vaxtlardan aktiv şəkildə mübarizəyə qoşulan Azərbaycan həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə böyük uğurlara imza atıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizi region dövlətlərindən bir daha fərqləndirib və üstünlüyünü qeyd edib.

AZƏRTAC xəbər verir ki, bunu həkim-terapevt Leyla Bayramlı ÜST-nin Avropa Regional Bürosunun Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin alqışlanmalı nailiyyət olması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

Həkim-terapevt qeyd edib ki, ÜST-nin münasibəti Azərbaycanın vaksinasiya məsələsində də Cənubi Qafqazda lider ölkə olduğunu göstərdi.

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya sahəsində təbliğat və təşviqat işi yüksək səviyyədə qurulub. Ölkədə peyvəndlənmə prosesi yüksək templə gedir və əhalinin vaksinləşməyə könüllü qoşulması reallıqdır. Biz elə ilk günlərdən prosesə kütləvi qoşulma hallarının şahidi olduq. Bu gün Ermənistanda peyvəndlənmə prosesində aktivlik yoxdur, Gürcüstanda isə kütləvi deyil. Azərbaycan dövləti isə əhalinin vaksinləşməsi üçün kifayət qədər vəsait ayırıb və vaksinlər alınaraq ölkəmizə gətirilir. Bir məqamı da deyim ki, dövlətimiz vaksin ayrıseçkiliyinə yol vermir. Azərbaycan yüksək keyfiyyətli peyvənd istehsal edən xarici şirkətlərlə əməkdaşlıq edir, dünyanın ən məsləhətli vaksinləri ölkəmizdə tətbiq edilir. ÜST tərəfindən Azərbaycanın həyata keçirdiyi vaksinasiya prosesinin təqdir edilməsi müsbət hadisədir və hesab edirəm ki, bu, ölkəmizin böyük uğurlarından biridir”, - deyə L.Bayramlı vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin alqışlanmalı nailiyyət olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda peyvəndlənmə pandemiyanın erkən mərhələsində başlayıb və bu günədək ölkə əhalisinin təxminən 20 faizinə vaksin vurulub.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 670 min 729-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 290 min 808, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 379 min 921 nəfərdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM