22:43 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan üçüncü peykini orbitə göndərdi
ANA SƏHİFƏ / SİYASƏT
00:55 27.09.2018


Prezident İlham Əliyev bu əlamətdar hadisəni ölkəmizin növbəti tarixi nailiyyəti, şanlı qələbəsi kimi səciyyələndirdi


190 milyon dollarlıq "Azerspace 2” 400 milyon dollar gəlir gətirəcək


Sentyabrın 26-sında şanlı tariximizdə daha bir əlamətdar gün yaşandı. Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən "Azerspace 2” peykimiz uğurla orbitə buraxıldı.

Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə çıxdı və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrıldı. Bu, müstəqil Azərbaycanın "Azerspace 1” telekommunikasiya peyki və "Azərsky” müşahidə peykindən sonra orbitə çıxan sayca 3-cü peyki oldu.

"Azərkosmos”dan qəzetimizə verilən məlumata görə, "Azerspace 2” peyki ABŞ-ın "Space Systems/Loral” şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk "Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace 1”in orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq.

Yeni peyk "Azərkosmos”un təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək. Onu da əlavə edək ki, "Azerspace 2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyərinin və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə, dəyəri 190 milyon dollar olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Bütün bunlar əlbəttə ki, ilk növbədə, Prezident İlham Əliyevin ölkədə kosmik sənayenin yaradılmasına və sonrakı inkişafına, informasiya texnologiyalarının yüksəlməsinə verdiyi xüsusi önəmin gəstəricisidir. Üçüncü orbitimizin uğurla peykə buraxılması, Cənubi Qafqazın lideri, Avrasiyanın nəqliyyat-logistik tranzit qovşağı hesab olunan müstəqil Azərbaycan həm də regional kosmik sənaye mərkəzinə çevrildiyini bir daha təsdiqlədi.

Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını da aradan götürüb. Onu da əlavə edək ki, kosmik sənayedə əldə etdiyi uğurlar ölkəmizin qeyri-neft sənayesinin davamlı inkişafına da böyük töhfə verəcək.

İlham Əliyevin bu uğur münasibəti ilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi, qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilən Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir, respublikamız dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir.

Bir sözlə, 3-cü peykimizin orbitə buraxılması kosmik sahədə beynəlxalq əməkdaşlıq üçün çox möhkəm zəmin yaradır. Belə ki, "Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qurur ki, bu da öz növbəsində, müstəqil Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM