02:53 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının təcəssümü

ANA SƏHİFƏ / SİYASƏT
00:38 03.08.2021

 

Qələbə ilə başa vurduğumuz İkinci Qarabağ müharibəsi bir sıra tərəfləri ilə yanaşı, həm də dost və qardaş ölkələrlə münasibətlər baxımından sınaq oldu. Olduqca fərəhli və qürurvericidir ki, bu münasibətlər müharibə sınağından şərəflə çıxdı. Həm Türkiyə, həm də Pakistan 44 gün davam edən müharibə günlərində və sonrakı müddətdə xalqımızın haqq işini birmənalı şəkildə müdafiə etdilər, Azərbaycana siyasi və mənəvi dəstək verdilər ki, bu da dövlətlərimiz arasında müttəfiqliyin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Dost və qardaş dövlətlərin bu dəstəyi Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol oynayan amillərdəndir. Eyni zamanda müharibə günlərində Azərbaycana göstərilən yüksək siyasi dəstəyin nəticəsidir ki, indi respublikamızın Türkiyə və Pakistanla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu ilin iyun ayında Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması, son dövrlərdə Pakistandan Azərbaycana çoxsaylı nümayəndə heyətlərinin səfər etməsi bunun təsdiqidir.

44 günlük Vətən müharibəsi həm də bu üç ölkəni bir-birinə yaxınlaşdıraraq onların arasında yeni əməkdaşlıq platformasının yaranmasına vəsilə oldu. İyul ayının 27-də Bakıda Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşünün keçirilməsi və böyük tarixi hadisəyə çevrilən Bakı Bəyannaməsinin imzalanması həm də üç dövlət arasında münasibətləri yeni siyasi ittifaq səviyyəsinə yüksəltdi. Xatırladım ki, bu təklif iyun ayında Pakistanın paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında Azərbaycan tərəfindən irəli sürüldü və iyul ayında gerçəyə çevrildi.

Prezident İlham Əliyevin Türkiyə və Pakistan parlamentlərinin sədrləri ilə görüşlərində Bakıda keçirilən Birinci Üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan yerləşdikləri bölgələrin aparıcı, öz müstəqil və qətiyyətli siyasətləri ilə fərqlənən dövlətləri olaraq, eyni zamanda, beynəlxalq aləmdə söz sahibidirlər. İndiyədək üç dost və qardaş dövlət arasında bir neçə sahədə birgə əməkdaşlıq formatları mövcud idi. Məsələn, hər üç dövlətin xarici işlər və müdafiə nazirlikləri arasında sıx birgə əməkdaşlıq həyata keçirilməkdədir. Bu cür birgə əməkdaşlıq həm regional, həm də qlobal səviyyədə tərəflərin gücünə güc qatır. Ümumiyyətlə, üç dövlət arasında mövcud olan münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var.

Bakıda təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı isə Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, bu ölkələrin xalqlarının ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcək.

Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının təcəssümüdür. Yeni mərhələdə hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirəcək. Bu format getdikcə daha səmərəli platformaya çevriləcək ki, bu da Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələri daha da yüksək səviyyəyə çatdıracaq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM