08:46 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan “Tokio-2020”nin boks yarışlarında qazanılan lisenziyaların sayına görə Avropada üçüncü olub
ANA SƏHİFƏ / İDMAN
15:41 08.06.2021

 

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirində uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, turnirdə qazanılan lisenziyaların sayına görə, komandamız ümumi hesabda üçüncü yeri tutub. Yarışda “Tokio-2020”yə beş vəsiqə qazanan yığmamız yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu ölkələrin hər biri 7 lisenziya qazanıb.

Ötən il Londonda başlayan və koronavirus pandemiyası səbəbindən dayandırılan, bu il Parisdə davam etdirilən yarışda ümumilikdə 8 çəki dərəcəsində (kişilər) 50 vəsiqə sahibini tapıb. Ümumilikdə isə turnirdə 18 ölkənin boksçuları “Tokio-2020”yə vəsiqə əldə ediblər.

Dünya Olimpiya təsnifat turniri isə ləğv olunduğundan 32 lisenziya reytinqə əsasən veriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM