06 Avqust 2021 12:54
1165
Elm və texnika
A- A+

Azərbaycan Texniki Universitetinin rəhbərliyi “AzerGold”un “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və ali məktəbin bir qrup əməkdaşı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “AzerGold” və AzTU arasında 2021-2022-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planına əsasən təşkil olunan tədbirdə QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qonaqları müəssisədə yaradılan iş şəraiti, hasilat və istehsalat prosesləri barədə ətraflı məlumatlandırıb, qiymətli metalların ixracı nəticəsində şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edib.

Səfər çərçivəsində AzTU rəhbərliyi səhmdar cəmiyyətin fəaliyyətini əks etdirən videotəqdimatı izləyib, emal müəssisəsində həyata keçirilən mürəkkəb və çoxmərhələli istehsalat fəaliyyəti ilə əyani şəkildə tanış olub. Nümayəndə heyəti, həmçinin Absorbsiya-Desorbsiya və emal zavodunda olub, metal tökümü və xəlitələrin hazırlanması prosesini izləyib.

Qonaqlar daha sonra ÇİRES ərazisində yerləşən Geoloji düşərgədə kernlərin (süxur nümunələrinin) saxlanma anbarına baxış keçirib, nümunələrin sınaqlaşdırma işlərinin icra olunduğu laboratoriyanın fəaliyyəti ilə də tanış olublar.

Rektor V.Vəliyev “AzerGold” QSC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Rektor dağ-mədən sahəsində müvafiq ixtisaslar üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi baxımından birgə əməkdaşlığın kifayət qədər faydalı olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, 2021-ci il yanvarın 12-də “AzerGold” QSC və AzTU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sənədində qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulub. Bundan başqa, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şirkətin istehsalat təcrübəsinə cəlb olunması memorandumda öz əksini tapıb. Həmçinin istehsalat təcrübəsində fərqlənmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi və digər istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video