05 Noyabr 2013 02:11
692
PARLAMENT
A- A+

Azərbaycan sabit ölkədir

 

Noyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gələn Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin yaradılması və perspektivləri müzakirə olunub.

Tandili Sunduzanı Azərbaycan parlamentində salamlayan N.Cəfərov ondan Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşməyi xahiş edib. Daha sonra bildirib ki, Cənubi Afrika Respublikası (CAR) Afrikanın ən inkişaf etmiş ölkəsidir. CAR-da səfərdə olduğunu xatırladan komitə sədri vurğulayıb ki, oranın mədəniyyətində çox rəngarənglik var. Onun sözlərinə görə adıçəkilən ölkənin təkcə parlamentində 11 dildə danışırlar. "Bunun özü elə multikulturalizmdir" - deyə N.Cəfərov əlavə edib. Tədbirdə o da qeyd olunub ki, Cənubi Afrika ilə incəsənət təhsili sahəsində əməkdaşlıq edə bilərik. Bu əməkdaşlığı CAR-da fəaliyyət göstərən Azərbaycan səfirliyi vasitəsilə inkişaf etdirmək olar. Bunun üçün hər iki tərəfin böyük imkanları var.

Tandili Sunduza da öz növbəsində Azərbaycan ilə mədəniyyət və incəsənət sahəsində əlaqələrin yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycana gəlməmişdən əvvəl bu ölkə haqqında məlumatı olduğunu bildirib: "Canlı şahidi oldum ki,  Azərbaycan tam sakit və sabit ölkədir. Bu ölkədə bir neçə şəhəri gəzdim. Özüm üçün müəyyənləşdirdim ki, Azərbaycanda mədəniyyətə, adətə-ənənəyə və mədəni irsə böyük önəm verilir".

O, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun təşkilini gözəl təşəbbüs kimi dəyərləndirib. Vurğulayıb ki, forumda ölkə başçısı İlham Əliyevlə görüş imkanı əldə edib, həmçinin bir çox ölkə nümayəndələri ilə fikir mübadiləsi aparıb: "Mədəniyyət sahəsi ilə geniş maraqlandığım üçün konfransda onu da müşahidə etdim ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi həm də mədəni və tarixi irsin olduğu bir məkandır. Mən istərdim o münaqişələr diqqət mərkəzində olsun ki, orada mədəni və tarixi irs müzakirə mövzusuna çevrilsin. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə də beynəlxalq səviyyədə diqqət yetirilsin".

T.Sunduza qeyd edib ki, CAR çoxmillətli ölkədir. Ölkənin vahid cəmiyyətdə birləşməsi üçün mədəniyyət böyük rol oynayıb. Buna görə də bütün sahələrlə müqayisədə mədəniyyət və incəsənət həmişə ön planda olub. O, bu sahədə Azərbaycanla əlaqələrin yaradılmasında və möhkəmləndirilməsində əlindən gələni edəcəyini də bildirib.

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video