11:10 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

ANA SƏHİFƏ / MƏKTUBLAR
01:09 04.06.2021

 

Hörmətli Prezident, Zati-aliləri!

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü- Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir və Sizə Prezidentlik fəaliyyətinizdə bir daha uğurlar və firavanlıq arzulayıram.

Xorvatiya ilə Azərbaycan arasında xalqlarımızın ümumi dəyərlərinə əsaslanan, ölkələrimizin rəhbərlərinin siyasi səyləri nəticəsində daha da möhkəmlənən və genişlənən mehriban dostluq əlaqələri var.

Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah diləyirəm.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Stepan MESİÇ,

Xorvatiya Respublikasının sabiq Prezidenti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM