08:41 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

ANA SƏHİFƏ / MƏKTUBLAR
01:03 28.05.2021

 

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız - Respublika Günü münasibətilə “VTB Bank”ın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə öz beynəlxalq nüfuzunu möhkəmlədərək sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir.

Rusiyada Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini, bizim mehriban qonşuluğumuzu və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığımızı  yüksək qiymətləndirirlər.

“VTB Bank”ın Azərbaycanda məhsuldar işi, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank” kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini göstərən mühüm sübutlardır.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzularımı qəbul edin.

Hörmətlə,

 

Andrey KOSTİN,

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM