Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 162
N 162 Bakı şəhəri, 15 aprel 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 9, maddə 745; 2010, N 11, maddə 1041, N 12, maddə 1125; 2011, N 4, maddə 372; 2013, N 8, maddə 1025, N 12, maddə 1629; 2014, N 7, maddə 945, N 8, maddə 1014; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 11 nömrəli və 18 fevral tarixli 65 nömrəli qərarları) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndin ikinci abzasında “daşımalarının yerinə yetirilməsi üçün xüsusi razılıq (lisenziya) almış” sözləri “daşımalarını yerinə yetirən” sözləri ilə əvəz edilsin.
2. 1.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.3.5. qeyri-müntəzəm sərnişin daşımaları - taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla, sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilən sərnişin daşımaları.”.
3. 2.12-ci bənddə, 4.8.5-ci, 11.3.8-ci, 12.1.8-ci, 12.2.3-cü yarımbəndlərdə, “əmək və istirahət” sözləri “iş və istirahət” sözləri ilə əvəz edilsin.
4. 3.5.7-ci yarımbənddə “icarə müqaviləsi” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi” sözləri ilə əvəz edilsin.
5. 4.2.3-cü yarımbənddə “mülkiyyət və ya icarə (lizinq) hüququ” sözləri “mülkiyyət, icarə və ya digər əşya hüququ” sözləri ilə əvəz edilsin.
6. 4.7.2-ci yarımbənddə “texniki-xidmət məntəqələrinin” sözləri “texniki-təmir stansiyalarının (sahələrinin)” sözləri ilə əvəz edilsin.
7. 5.13-cü bəndin birinci cümləsinə “(rayonlararası)” sözündən sonra “müntəzəm” sözü əlavə edilsin.
8. Aşağıdakı məzmunda 8.1-1-ci, 8.2-1-ci bəndlər əlavə edilsin:
“8.1-1. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.
8.2-1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:
8.2-1.1. müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək;
8.2-1.2. müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək.”.
9. 8.3-cü bəndə “sərnişin daşımaları” sözlərindən sonra “(taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla)” sözləri və icarəsi (fraxtetmə) müqaviləsi əsasında” sözlərindən sonra “əvəzi ödənilməklə” sözləri əlavə edilsin.
10. 10.2.5-ci yarımbəndə “(rayondaxili)”, “(rayonlararası)” və “beynəlxalq” sözlərindən sonra “müntəzəm” sözü əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!