05 May 2016 12:05
764
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 161

 

N 161                                     Bakı şəhəri, 15 aprel 2016-cı il

 

“Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999,

N 10, maddə 597; 2001, N 1, maddə 74; 2006, N 7, maddə 653; 2008, N 6, maddə 597; 2014, N 2, maddə 201) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından, 1-ci, 2-ci və 3-cü hissələrindən “təminatlı” sözü çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə”nin adından, 1.1-ci, 1.4-cü və 1.5-ci bəndlərindən “təminatlı” sözü çıxarılsın.

3. Həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə” üzrə:

3.1. adından, 1.1-ci bəndindən, 1.2-ci bəndinin birinci (birinci halda) və ikinci abzaslarından, II hissəsindən, 2.2-2.10-cu (hər iki halda) bəndlərindən, 2.12-2.16-cı bəndlərindən, III hissəsindən, 3.1-ci bəndindən, IV hissəsindən, 4.1-4.2-ci, 4.4-cü (hər iki halda) bəndlərindən “təminatlı” sözü çıxarılsın;

3.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

“1.1-1. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır.”;

3.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir.”;

3.4. 2.3-cü bənddən “texnoloji avadanlıqlarla təchizatı və” sözləri çıxarılsın;

3.5. aşağıdakı məzmunda 2.3-1-ci, 2.3-2-ci və 2.16-1-ci bəndlər əlavə edilsin:

“2.3-1. Texniki-təmir sahələrində çalışan şəxslər həmin sahələr tərəfindən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir.

2.3-2. Texniki-təmir sahələrinin istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır.

2.16-1. Texniki-təmir sahələri tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.”;

3.6. 2.10-cu bənd ləğv edilsin.

4. Həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə” üzrə:

4.1. adından, 1.1-ci, 1.2-ci (birinci halda) bəndlərindən, II hissəsindən, 2.2-2.7-ci, 2.9-cu (hər iki halda), 2.11-2.15-ci, 2.17-2.19-cu, 2.21-2.22-ci bəndlərindən, III hissəsindən, 3.1-ci, 3.7-ci bəndlərindən, IV hissəsindən, 4.1-4.2-ci, 4.7-ci (hər iki halda) bəndlərindən “təminatlı” sözü çıxarılsın;

4.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Texniki-təmir stansiyalarında avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir.”;

4.3. 2.4-cü bənddən “texnoloji avadanlıqlarla təchizi və” sözləri çıxarılsın;

4.4. aşağıdakı məzmunda 2.4-1-ci, 2.4-2-ci və 2.22-1-ci bəndlər əlavə edilsin:

“2.4-1. Texniki-təmir stansiyalarında çalışan şəxslər həmin stansiyalar tərəfindən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir.

2.4-2. Texniki-təmir stansiyalarının istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır.

2.22-1. Texniki-təmir stansiyaları tərəf

indən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video