31 Yanvar 2016 12:01
830
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 7

 

№ 7                                        Bakı şəhəri, 19 yanvar 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №12, maddə 1242; 2012, №3, maddə 260; 2013, №3, maddə 346) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin 33-cü hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bölməyə aşağıdakı məzmunda 34-50-ci hissələr əlavə edilsin:  

“34. “Gəncə Olimpiya İdman Kompleksi” MMC;

35. “Tovuz Olimpiya İdman Kompleksi” MMC;

36. “İmişli Olimpiya İdman Kompleksi” MMC;

37. “Qəbələ Olimpiya İdman Kompleksi” MMC;

38. “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC;

39. “Astara Olimpiya İdman Kompleksi” MMC;

40. “Cəlilabad Olimpiya İdman Kompleksi” MMC;

41. “Qobustan Olimpiya İdman Kompleksi” MMC;

42. “Xaçmaz Olimpiya İdman Kompleksi” MMC;

43. “Şirvan Olimpiya İdman Kompleksi” MMC;

44. “Qax Olimpiya İdman Kompleksi” MMC;

45. “Göygöl Olimpiya İdman Kompleksi” MMC;

46. “Goranboy Üzgüçülük Hovuzu” MMC;

47. “Daşkəsən Rayon Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC;

48. “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu” MMC;

49. “Milli Gimnastika Arenası” MMC;

50. “Su İdmanı Sarayı” MMC”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video