17 May 2015 12:05
384
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 180                                                 Bakı şəhəri, 12 may 2015-ci il

 

“Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1046-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31oktyabr tarixli 817 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “vətəndaşların sağlamlığı, həyatı və əmlakı, ətraf mühitin təmizliyi üçün” sözləri “insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının birbaşa və mühüm təhlükələrdən və ya mühüm zərərlərdən qorunması üçün” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq olunmuş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə” üzrə:

2.1. 1.1.1-ci yarımbəndin ikinci abzasında “əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.1-ci yarımbənddə “Vətəndaşların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik” sözləri “İnsan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının müdafiəsi” sözləri ilə əvəz edilsin;

2.3. 3.1.2-ci yarımbənddə “əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit” sözləri “insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin;

2.4. 3.2.2-ci yarımbəndin ikinci cümləsində “vətəndaşların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə ziyan” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratmasına və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video