22 Oktyabr 2015 12:10
893
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 333

 

№ 333                                    Bakı şəhəri, 20 oktyabr 2015-ci il

 

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1-1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 20 oktyabr

tarixli 333 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi

 

QAYDASI

 

  1. 1.                  Ümumi müddəalar

 

1.1. Bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1-1-ci bəndinin tələblərinə əsasən hazırlanmışdır və vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkili və keçirilməsi qaydasını müəyyən edir.

1.2. Xüsusi hərbi ixtisaslar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün müəyyən edilmiş ixtisaslardır.

1.3. Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tələb olunan ixtisaslı mütəxəssislərlə təmin edilməsi məqsədi ilə aparılır.

1.4. Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq könüllülük prinsipi əsasında həyata keçirilir.

1.5. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa aşağıdakı vətəndaşlar сəlb edilirlər:

1.5.1. müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar;

1.5.2. növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar.

1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısı”nda göstərilən təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən vətəndaşlar müdavim adlanır.

1.7. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkili və keçirilməsi aşağıdakılardan ibarətdir:

1.7.1. xüsusi hərbi ixtisaslar üzrə hazırlığın planlaşdırılması;

1.7.2. təhsil müəssisələrinin komplektləşdirilməsi;

1.7.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilməsi;

1.7.4. xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair tədbirlərin maliyyə təminatı.

1.8. Hazırlanmış xüsusi hərbi ixtisaslı mütəxəssislərin aidiyyəti xüsusi hərbi ixtisaslar üzrə sifariş vermiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə göndərilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra – Xidmət)  tərəfindən təmin edilir.

1.9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşməni həyata keçirən müvafiq struktur bölmələri tərəfindən sifarişləri əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün  göndərilmiş xüsusi hərbi ixtisaslı mütəxəssislərin qeydiyyatı aparılır və onların hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslara uyğun vəzifələrə təyin olunmalarına nəzarət edilir.

 

  1. 2.                  Xüsusi hərbi ixtisaslar üzrə hazırlığın planlaşdırılması

 

2.1. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığın planlaşdırılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşməni həyata keçirən müvafiq struktur bölmələrində, Xidmətdə və hazırlıq keçirən təhsil müəssisələrində aparılır.

2.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşməni həyata keçirən müvafiq struktur bölmələri növbəti il üçün xüsusi hərbi ixtisasların siyahısını müəyyən edir və bu ixtisaslar üzrə hazırlanmalı olan vətəndaşların sayı barədə təkliflərini hazırlayır.

2.3. Hər il sentyabrın 1-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respubli-kasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti xüsusi hərbi ixtisasların siyahısını və həmin ixtisaslar üzrə vətəndaşların hazırlanması üzrə sifarişləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

2.4. Xidmət  tabeliyində olan yerli idarə, şöbə və bölmələrdə ilkin hərbi qeydiyyata alınmış və növbəti ildə müvafiq xüsusi hərbi ixtisas üzrə hazırlığa cəlb edilə bilən vətəndaşların sayı haqqında məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

2.5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq, il ərzində xüsusi hərbi ixtisaslar üzrə hazırlanmalı olan vətəndaşların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən  edilir.

2.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin təhsil müəssisələrində və Naxçıvan texniki-peşə və sürücülük məktəbində hazırlanmalı olan vətəndaşların say bölgüsü Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr ilə bu qurumlar arasında bağlanılmış müqavilələrə əsasən tənzimlənir. Sifarişçi tərəfindən müqavilələr bağlanılarkən təhsil müəssisələrinin komplektləşdirilməsi üçün Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcud resursların nəzərə alınması məqsədi ilə müvafiq qurumlar üzrə hazırlanmalı olan vətəndaşların sayı Xidmətlə razılaşdırılır.

2.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair bağlanılmış müqavilələr barədə Xidmətə məlumat verir.

2.8. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığın planlaşdırılması ilə əlaqədar Xidmətdə aşağıdakı tədbirlər həyata keçirilir:

2.8.1. mütəxəssis hazırlayan qurumlarla razılaşdırılmaqla, hazırlığın tədris mərhələləri üzrə keçirilməsi və hər tədris mərhələsində hazırlanmalı olan vətəndaşların sayı planlaşdırılır;

2.8.2. xüsusi hərbi ixtisaslar üzrə hazırlığın illik təqvim planı hazırlanır;

2.8.3. mütəxəssis hazırlayan qurumlarda hazırlanmalı olan vətəndaşların müəyyən edilmiş sayının bu qurumların təhsil müəssisələri üzrə (maddi-texniki bazanın imkanları nəzərə alınmaqla) bölgüsü aparılır və bölgü cədvəli ilə birlikdə Xidmət rəisinin direktivi qeyd edilən qurumlara göndərilir;

2.8.4. müvafiq xüsusi hərbi ixtisaslar üzrə hazırlığın təşkili ilə əlaqədar hər tədris mərhələsində təhsil müəssisələrinin vətəndaşlarla komplektləşdirilməsinin təmin edilməsi məqsədi ilə Xidmətin yerli idarə, şöbə və bölmələri üçün plan-tapşırıqlar müəyyən edilir və Xidmət rəisinin əmri ilə birlikdə yerli idarə, şöbə və bölmələrə göndərilir.

2.9. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını keçirən təhsil müəssisələrində hazırlığın planlaşdırılması təhsil müəssisələrinin tabe olduqları qurumların əmrləri, tədris proqramları və bu Qaydanın tələbləri əsasında həyata keçirilir.

2.10. Təhsil müəssisələrində yeni ixtisas üzrə hazırlığın təşkil edilməsi (hazırlığın dayandırılması), eləcə də siyahıda adları olmayan təhsil müəssisələrinin hazırlığa cəlb edilməsi üçün bu təhsil müəssisələrinin tabe olduqları qurumlar tərəfindən Xidmətə məlumat verilir. Bu zaman təhsil müəssisələrinin maddi-tədris bazasının müvafiq xüsusi hərbi ixtisas üzrə hazırlığın keçirilməsinə uyğunluğunun yoxlanılması məqsədi ilə Xidmətdə komissiya yaradılır və komissiyanın qeyd olunan təhsil müəssisələrinin xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilməsinə uyğunluğu barədə yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

2.11. Komissiyanın tərkibinə xüsusi hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına dair sifariş vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən müvafiq qurumların nümayəndələri cəlb edilirlər.

 

3. Təhsil müəssisələrinin komplektləşdirilməsi

 

3.1. Təhsil müəssisələrinin komplektləşdirilməsi Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən aparılır.

3.2. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi Xidmətin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.

3.3. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığafiziki göstəriciləri, mənəvi keyfiyyətləri, təhsili və sağlamlıq vəziyyəti xüsusi hərbi ixtisaslar üzrə hazırlığa sifariş vermiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müvafiq ixtisas üzrəmüddətli həqiqi hərbi xidmət keçməyin tələblərinə cavab verən vətəndaşlar cəlb edilirlər. Bu zaman onların hərbi xidmətə münasibəti və qabiliyyəti nəzərə alınır.

3.4. Bu Qaydanın 2.8.4-cü yarımbəndində göstərilən tədbirlər həyata keçirildikdən sonra müvafiq xüsusi hərbi ixtisaslar üzrə hazırlığın təşkili ilə əlaqədar ilkin hərbi qeydiyyata alınması zamanı seçilmiş namizədlər və müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş digər vətəndaşlar Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırılırlar.

3.5. Təhsil müəssisələrinin komplektləşdirilməsi üçün seçilmiş vətəndaşların, onların xüsusi hərbi ixtisaslar üzrə hazırlığa yararlı olmalarınındəqiqləşdirilməsi məqsədi ilə Xidmətin yerli idarə, şöbə və bölmələrində yaradılmış hərbi həkim komissiyasında təkrar tibbi şəhadətləndirilməsi keçirilir. Tibbi şəhadətləndirilmə dərslərin başlan-masına 7 (yeddi) gün qalmış başa çatdırılmalıdır.

3.6. Vətəndaşların müvafiq xüsusi hərbi ixtisas üzrə hazırlığa yararlılığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq müəyyən edilir.

3.7. Tibbi şəhadətləndirilmənin və öyrənilmənin nəticələrinə əsasən vətəndaşların xüsusi hərbi ixtisas üzrə hazırlığa cəlb edilməsinə dair yekun qərar Xidmətin yerli idarə, şöbə və bölmə rəisi tərəfindən qəbul edilir və vətəndaşları göndərildikləri təhsil müəssisələri, dərslərin başlanma tarixi barədə məlumatlandırır.

  3.8. Xidmətin yerli idarə, şöbə və bölmə rəisləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrlə təhsil müəssisələri arasında bağlanılmış müqavilələrdə nəzərdə tutulan hazırlanmalı olan vətəndaşların sayına uyğun olaraq, həmin təhsil müəssisələrinin vaxtında və keyfiyyətlə komplektləşdirilməsinə cavab-dehdirlər.

3.9. Xüsusi hərbi ixtisas üzrə hazırlığa göndəriləcək vətəndaşların müəyyən edilməsi dərslərin başlanmasına 5 (beş) gün qalmış yekunlaşdırılmalıdır.

  3.10. Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmış vətəndaşlarla təhsil müəssisələrinin komplekt-ləşdirilməsi mümkün olmadıqda, bu müəssisələrin komplektləşdirilməsi Xidmət rəisinin əmri əsasında ətraf şəhər və rayonlarda hərbi qeydiyyatda olan vətəndaşların cəlb edilməsi ilə yerinə yetirilir.

3.11. Xüsusi hərbi ixtisaslar üzrə hazırlanmalı olan vətəndaşların təhsil müəssisəsinə göndərilməsi Xidmətin yerli idarə, şöbə və bölmə rəisinin əmri (əmrdə müdavimlərin adlı siyahısı, xüsusi hərbi ixtisasın adı və təhvilvermə tarixi göstərilir) əsasında həyata keçirilir.

3.12. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ilk peşə-ixtisas təhsili müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, bu təhsil müəssisələrinin sonuncu kursunda peşəyönlü tədris proqramları xüsusi hərbi ixtisaslara uyğun olan ixtisaslar üzrə təhsil alan və bu Qaydanın 1.5-ci bəndində göstərilən tələblərə cavab verən şagirdlərin cəlb edilməsi ilə təşkil edilir. 

  3.13. Təhsil müəssisəsində müdavimlərin tədris qruplarına daxil edilmələri və dərslərin başlanması təhsil müəssisəsinin rəhbərinin əmri əsasında aparılır. Əmrdə tədris qrupunun nömrəsi, müdavimlərin adlı siyahısı, tədrisin başlanması və sonu, nəzəri fənn müəllimi, istehsalat-təlim ustası göstərilməlidir.

  3.14. Tədris qrupları 10-30 nəfər müdavimdən təşkil olunur.

  3.15. “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə tədris qrupları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqındaƏsasnamə”nin tələblərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Rayonlararası Qeydiyyat İmtahan şöbələrində qeydiyyatdan keçirilir.     

3.16. Üzrlü səbəb (xəstələnməsi, yaxın qohumunun vəfat etməsi) olmadan xüsusi hərbi ixtisaslar üzrə mütəxəssis hazırlığının 20 faizində iştirak etməyən, dərsdə müvəffəqiyyətsizliyə, intizamsızlığa (müəssisə rəhbərinin yazılı məlumatı əsasında) və digər səbəblərə (sağlamlıq və ailə vəziyyətinə görə çağırışdan möhlət hüququnun yaranması) görə müdavimlərin təhsil müəssisəsindən (hazırlıq kursundan)xaric edilmələri təhsil müəssisəsini komplektləşdirən Xidmətin yerli idarə, şöbə və bölmə rəisinin əmri ilə icra edilir və əmrdən çıxarış təhsil müəssisəsinə göndərilir.

3.17. Müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar və Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müvafiq qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçməyin tələblərinə cavab verməyən vətəndaşlar xüsusi hərbi ixtisaslar üzrə hazırlığa göndərilmirlər.

         

  1. 4.                  Xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilməsi

 

4.1. Təhsil müəssisələrində mütəxəssislərin hazırlanması xüsusi hərbi ixtisaslar üzrə sifariş vermiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr tərəfindən müəyyən edilmiş hazırlıq proqramları əsasında həyata keçirilir.

4.2. Təhsil müəssisələrində mütəxəssis hazırlığının tədris prosesi Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, təhsil müəssisələrinin tabe olduqları qurumların əmr və göstərişləri, təhsil müəssisələrinin əsasnamələri, digər normativ və qeyri-normativ hüquqi aktlar və tədris proqramları əsasında təşkil edilir. “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə mütəxəssis hazırlığının planlaşdırılmasında əlavə olaraq “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. 

4.3. Təhsil müəssisələrində vətəndaşların hazırlığı ixtisasdan asılı olaraq mərhələli şəkildə keçirilir.

4.4. Təhsil müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə mütəxəssis hazırlığına dair aşağıdakı sənədlər hazırlanır:

4.4.1. xüsusi hərbi ixtisaslar üzrə hazırlığın yekunu və yeni tədris ili üçün qarşıda duran vəzifələr haqqında əmr;

4.4.2. mütəxəssis hazırlığına dair illik plan;

4.4.3. tədris proqramının qruplarla keçirilməsi plan-qrafiki;

4.4.4. tematik plan, həftəlik dərs cədvəlləri;

4.4.5. avtomobillərin hərəkət marşrutu, sürmə təlimi qrafikləri və praktiki işlərin yerinə yetirilməsinin qeydiyyatı vərəqələri;

4.4.6. metodiki, kütləvi-idman, hərbi vətənpərvərlik işlərinə dair tədbirlər planı;

4.4.7. maddi-texniki bazanın təkmilləşdirilməsi planı.

4.5. Təhsil müəssisələrində hər bir tədris qrupu üçün forması təhsil müəssisələrinin tabe olduqları qurumlar tərəfindən müəyyən edilmiş dərs jurnalı aparılır və jurnalda müdavimlərin dərslərə davamiyyəti, bilik səviyyələrinin qiymətləndirilməsi, tədris proqramının və əlavə dərslərin yerinə yetirilməsi haqqında qeydlər edilir.

4.6. Tədris müddətində müəllimlər (ustalar) tərəfindən müdavimlərin keçirilən mövzulardan bilik və təcrübi vərdişləri mütəmadi yoxlanılaraq jurnalda qeyd edilməklə qiymətləndirilir. Laborator-təcrübi dərslərdə hər bir müdavim yerinə yetirdiyi praktiki işə görə qiymətləndirilir. Tədrisin sonunda bütün fənlərdən yekun qiymət yazılır.

4.7. Təhsil müəssisələrində dərslər siniflərdə (kabinetlərdə, laboratoriyalarda), parklarda, çöldə, avtodromlarda, tankodromlarda, hərbi təlim və təcrübə meydanlarında, paraşüt şəhərciklərində keçirilir. Nəzəri dərslər qrup tərkibində, praktiki dərslər tədris proqramlarına uyğun olaraq tənzimlənən manqa, briqada və ya digər tərkibdə olmaqla briqada üsulunda keçirilir. Avtonəqliyyat vasitələrində sürmə təlimi, habelə avtomobil kranlarında iş hər bir müdavimlə fərdi keçirilir.

4.8. Hər bir müdavim tədris proqramında  nəzərdə tutulan praktiki işi tam həcmdə yerinə yetirməlidir.

4.9. Təhsil müəssisələrində tədris prosesi hərbiyönlü istiqamətdə təşkil olunmalı və tədris proqramlarına çağırışaqədərki və fiziki hazırlığa dair dərs saatları daxil edilməli, eləcə də  müdavimlərlə hərbi vətənpərvərlik işi aparılmalıdır.

 

  1. 5.                  Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair tədbirlərin maliyyə təminatı

 

5.1.Təqdim edilmiş sifarişlərə uyğun olaraq vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması xərcləri hər il üçün təsdiq olunan dövlət büdcəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Daxili Qoşunlar), Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər hesabına maliyyələşdirilir.

5.2. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrlə hazırlıq keçirən təhsil müəssisələrinin tabe olduqları qurumlar arasında bağlanılmış müqavilələrə əsasən tənzimlənir.

5.3. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair müqavilələr hər il üçün bağlanılır.

5.4. Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin rəhbərləri, müəllim heyəti və istehsalat-təlim ustaları ilə metodiki-tədris məşğələləri, ixtisasartırma kursları bu təhsil müəssisələrinin tabe olduqları müvafiq qurumların hesabına təşkil edilir və keçirilir.

 

  1. 6.                  Xüsusi hərbi ixtisaslar üzrə hazırlığın təşkili və keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri

 

6.1. Xidmətin vəzifələri aşağıdakılardan ibarətdir:

6.1.1. Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təhkim olunmuş təhsil müəssisələrinin komplektləşdirilməsinə nəzarət edir; 

6.1.2. xüsusi hərbi ixtisaslar üzrə mütəxəssis hazırlığına dair qabaqcıl təcrübələri ümumiləşdirir və tətbiq edir;

6.1.3. mütəxəssis hazırlığının vəziyyəti və təkmilləşdirilməsi haqqında hesabatlar  hazırlayır;

6.1.4. xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə kompleks yoxlamalar  təşkil edir;

6.1.5. xüsusi hərbi ixtisaslar üzrə hazırlığın bitirilməsi barədə hüquqmüəyyənedici sənədlərin (şəhadətnamə, sertifikat) formasını müəyyən edir;

6.1.6. təhsil müəssisələrində hərbi imtahan komissiyasının təşkilinə və buraxılış imtahanlarının keçirilməsinə nəzarət edir;

6.1.7. xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərin Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsinə nəzarət edir;

6.1.8. müvafiq təhsil müəssisələrində hazırlanmış mütəxəssislərin aidiyyəti üzrə müqavilə bağlamış sifarişçinin hərbi hissələrinə göndərilməsini təmin edir;

6.1.9. Xidmətin yerli idarə, şöbə və bölmələrində xüsusi hərbi ixtisas üzrə mütəxəssis hazırlığına cavabdeh olan zabitlərlə hər il 2 (iki) günlük metodiki-tədris məşğələləri təşkil edir və keçirir;

6.1.10. müvafiq qurumlarla birgə mütəxəssis hazırlığının yüksək səviyyədə təşkili və keçirilməsi üçün tədbirlər planı hazırlayır;

6.1.11. xüsusi hərbi ixtisaslar üzrə hazırlanan mütəxəssislərin qeydiyyatını aparır və bu sahədə elektron məlumat bazası yaradır;

6.1.12. hər ilin yanvar ayının sonunda ötən il ərzində xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə göndərilmiş ixtisaslı mütəxəssislər barədə  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabatlar təqdim edir.

6.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin vəzifələri aşağıdakılardan ibarətdir:

6.2.1. sifariş verdikləri xüsusi hərbi ixtisas üzrə hazırlıq keçirən təhsil müəssisəsinin maddi-tədris bazasının, hazırlığın vəziyyətinin yoxlanılması və buraxılış imtahanlarının keçirilməsi üçün Xidmətdə yaradılmış komissiyaların işində nümayəndələrinin iştirakını təmin edir;

6.2.2. bağlanılmış müqavilələr əsasında təhsil müəssisələrində mütəxəssis hazırlığı üçün sifariş verdikləri xüsusi hərbi ixtisas üzrə maddi-texniki bazanın yaradılmasına köməklik edir;

6.2.3.bağlanılmış müqavilələr əsasında tabeliyində olan hərbi hissələrin xüsusi hərbi ixtisaslar üzrə hazırlanan müdavimlərlə hərbi vətənpərvərlik işlərinin aparılmasında təhsil müəssisələrinə lazımi köməklik etmələrini təşkil edir və ixtisas hazırlığına dair dərslərin keçirilməsi üçün təlim meydançalarından və digər maddi-texniki bazadan istifadə edilməsi üçün şərait yaradır;

6.2.4. xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığına dair bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq sifariş verilmiş ixtisaslı mütəxəssislərin hazırlığına tələb olunan maliyyə vəsaitinin aidiyyəti üzrə ödənilməsini təmin edir.

6.3. Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrinin tabe olduqları qurumların vəzifələri aşağıdakılardan ibarətdir:

6.3.1. tabeliyində olan təhsil müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlığına rəhbərlik edir;

6.3.2. hazırlığın keçirilməsi üçün təhsil müəssisələrində tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin edir;

6.3.3. aidiyyəti üzrə mütəxəssis hazırlığı üçün sifariş vermişAzərbaycan Respublikasının Silahlı Qüvvələri ilə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrlə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair müqavilələr bağlayır;

6.3.4. təhsil müəssisələrində mütəxəssis hazırlığını keçən şəxsi heyətin müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, funksional vəzifələrini müəyyən edir;

6.3.5. tədrisin müəyyən edilmiş hazırlıq proqramlarına uyğun olaraq keyfiyyətli təşkilini təmin edir və tədrisi bitirmiş çağırışçıların vaxtında müvafiq sertifikat (şəhadətnamə) ilə təmin olunmasına nəzarət edir;

6.3.6. imtahan biletlərini (testlərini), müəyyən edilmiş formaya uyğun şəhadətnamə (sertifikat) və vəsiqə blanklarını, lazımi metodiki sənədləri hazırlayır;

6.3.7. əyani vəsaitlərin hazırlanmasını təşkil edir;

6.3.8. tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri, müəllim heyəti və istehsalat-təlim ustaları üçün metodiki-tədris məşğələləri, ixtisasartırma kursları təşkil edir və keçirir;

6.3.9. xüsusi hərbi ixtisaslar üzrə mütəxəssis hazırlığının vəziyyəti haqqında  Xidmətə məlumatlar verir və tədris mərhələsinin yekununa dair hesabatlar təqdim edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video