22 Oktyabr 2015 01:10
871
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 324

 

№ 324                                                Bakı şəhəri, 13 oktyabr 2015-ci il

 

“Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 aprel tarixli 500 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 13 oktyabr

tarixli 324 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinin səkkizinci hissəsinə əsasən hazırlanmışdır və bələdiyyə qulluğuna qəbul üçün müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydasını müəyyən edir.

1.2. Müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

1.3. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

 

2. Müsabiqənin elan edilməsi

 

  2.1. Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) müsabiqə elan edir. Elan bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Elandasənədlərin qəbul edildiyi yer, sənədləri qəbul edən şəxsin soyadı, adı, atasının adı və əlaqə telefonları, vakant vəzifələrin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən bələdiyyə qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.

3. Sənədlərin qəbulu

 

3.1. Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq  üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:

3.1.1. vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

3.1.2. kadrlar uçotunun şəxsi vərəqəsi;

3.1.3. tərcümeyi-hal;

3.1.4. təhsil haqqında sənədin surəti;

3.1.5. şəxsiyyət vəsiqəsinin surəti;

3.1.6. əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

3.1.7. sağlamlıq barədə arayış;

3.1.8. hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

3.1.9. 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

3.2. Müsabiqədə iştirak etmək istəyən şəxs tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 3.1.1-3.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, natamam olduqda və ya onlarda yanlış məlumatlar aşkar edildikdə, həmin şəxsə sənədləri təqdim etdiyi gündən 5 (beş) iş günü müddətində məlumat verilir. Müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə ilə bağlı sənədlərin qəbulu başa çatanadək həmin çatışmazlıqları aradan qaldırdıqda, müsabiqədə iştirak hüququnu əldə edir.

 

4. Müsabiqənin keçirilməsi

 

4.1. Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 (otuz) gün müddətində  müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir.

4.2. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 (beş) nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət müsabiqə komissiyası yaradılır. Müsabiqə keçirilən gün müsabiqə başlamazdan əvvəl müsabiqəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri müsabiqə komissiyasına təqdim edilir. Müsabiqə komissiyasının sədri siyahıda göstərilmiş namizədləri elan edir.

4.3. Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda və yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

4.4. Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

4.5. Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır. Müsahibə zamanı hər namizədin iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu, bilik səviyyəsini və ümumi dünyagörüşünü müəyyən etmək üçün suallar verilir. 

4.6. Namizəd müsabiqə zamanı aşağıdakı tələblərə riayət etməlidir:

4.6.1. müsabiqə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

4.6.2. müsabiqənin keçirildiyi otaqda rabitə vasitələrindən istifadə etməmək.

 

5. Müsabiqə nəticələrinin qiymətləndirilməsi

 

5.1. Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir və “Namizədin müsabiqədə qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilərəkmüsabiqə komissiyasının sədrinə təqdim edilir(2 nömrəli əlavə). Namizədin sual və tapşırıqlara verdiyi yazılı cavabların hər biri  və müsahibə zamanı suallara verdiyi cavablar 5 ballıq sistem üzrə qiymətləndirilir. Müsabiqə komissiyasının üzvləri arasında namizədin cavabları ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Müsabiqə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılmaqla, müsabiqənin yekun nəticələri “Namizədin müsabiqədə qiymətləndirilməsinin yekun protokolu” ilə rəsmiləşdirilir(3 nömrəli əlavə).

5.2. Namizədlərin balları eyni olduqda, müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı  olanlara üstünlük verilir. Müsabiqənin nəticəsi üzrə qərar həmin iş günü müddətində elan olunur, bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Müsabiqənin nəticəsinə uyğun olaraq, ən yüksək bal toplamış namizəd 10 (on) iş günü müddətində vakant iş yerinə təyin edilir.

5.3. Bu Qaydanın 3 nömrəli əlavəsinə əsasən hazırlanmış yekun protokol  2 (iki) il müddətində müsabiqə komissiyasında saxlanılır.

5.4. Namizədin tələbi əsasında ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.

5.5. Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu tarixdən 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

 

6. Yekun müddəa

 

6.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 24 avqust  tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

___________________

 

 

 

 

 

 

 

“Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsiQaydası”na

1 nömrəli əlavə

 

 

 

_____________ bələdiyyəsinin sədri

 

______________________________

(soyadı və adı)

______________________________

(ərizəçinin yaşadığı ünvan)

 

______________ ünvanında yaşayan

 

______________________________

(ərizəçinin soyadı, adı, atasının adı)

tərəfindən

 

 

Ə R İ Z Ə

 

 

____________________________________________________vəzifəsinə

(vakant vəzifənin adı)

qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etməyim üçün sənədlərimin qəbul edilməsini xahiş edirəm.

 

 

            İmza  _____________

 

            “____” __________ 20____  il

 

 

 

 

 

 

 

“Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsiQaydası”na

2 nömrəli əlavə

 

Namizədin müsabiqədə qiymətləndirilməsinə dair

bal cədvəli

 

 

Namizədin adı, soyadı və atasının adı

 

Bələdiyyənin adı

 

Vakant vəzifənin adı

 

 

Yazılı imtahanın nəticələri

Müsahibənin qiymətləndirilməsi

Sualların    №-si

Ballar

(0-5 bal arası)

qiymətləndirmə meyarları

ballar

(0-5 bal arası)

1.

 

bilik səviyyəsi

 

2.

 

ümumi dünyagörüşü

 

3.

 

 

 

4.

 

 

 

5.

 

 

 

Cəmi:

 

Cəmi:

 

 

 

 

Ümumibal

______________________________________             __________              ___________________

Müsabiqə komissiyasının üzvünün adı və soyadı      İmzası              tarix: gün/ay/il

 

 

“Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsiQaydası”na

3 nömrəli əlavə

 

Namizədin müsabiqədə qiymətləndirilməsinin

YEKUN PROTOKOLU

 

 

Namizədin soyadı, adı və atasının adı

 

Bələdiyyənin adı

 

Vakant vəzifənin adı

 

Yekun qiymətləndirmə balı

 

 

 

Müsabiqə komissiyasının üzvləri:

 

 

1. _________________________________             ___________________

(soyadı və adı)                                                                                (imza)

 

2. _________________________________             ___________________

(soyadı və adı)                                                                                (imza)

 

3. _________________________________             ___________________

(soyadı və adı)                                                                                (imza)

 

4. _________________________________             ___________________

(soyadı və adı)                                                                                (imza)

 

5. _________________________________             ___________________

(soyadı və adı)                                                                                (imza)

 

______________________________________             __________              ___________________

Müsabiqə komissiyasının üzvünün adı və soyadı      İmzası              tarix: gün/ay/il

 

_____________

 

№-линцсхя

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video