06 Sentyabr 2015 01:09
720
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 292

 

№ 292                                    Bakı şəhəri, 31 avqust 2015-ci il

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil edilsin.

2. “Azərsu” ASC hüquq varisliyi qaydasında ona qoşulan “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürsün.

3. “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin “Azərsu” ASC-yə qoşulması ilə bağlı təhvil aktının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilsin. 

4. “Azərsu” ASC-yə qoşulan “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı qoşulma zamanı “Azərsu” ASC-nin nizamnamə kapitalına konvertasiya edilmədən ödənilsin, “Azərsu” ASC-nin nizamnamə kapitalı, payların miqdarı və dəyəri “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması ilə yenidən təşkili zamanı dəyişmədən mövcud səviyyədə saxlanılsın.

5. “Azərsu” ASC-nin “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən edilsinlər.

6. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.20 - 2.23-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.20. Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi;

2.21. Kür Su Təchizatı İdarəsi;

2.22. Ceyranbatan Su Təchizatı İdarəsi;

2.23. H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi;”;

6.2. aşağıdakı məzmunda 2.24-1-ci və 2.24-2-ci bəndlər əlavə edilsin:

 “2.24-1. Ekologiya İdarəsi;

2.24-2. İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi.”;

6.3. 3.2-ci, 3.6-cı və 3.7-ci bəndlər ləğv edilsin.

7.Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video