11 Avqust 2016 02:08
842
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 286

 

№ 286                                     Bakı şəhəri, 1 avqust 2016-cı il

 

Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında

 

Azərbaycan Respublikasında turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli olan ərazilərdə turizm və rekreasiya zonalarının yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin  2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. Azərbaycan Respublikasının Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılsın və həmin turizm və rekreasiya zonalarının hüdudları təsdiq edilsin (xəritələr əlavə olunur).

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 


 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video