20 Aprel 2016 01:04
648
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 139

 

№ 139                                    Bakı şəhəri, 30 mart 2016-cı il

 

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 noyabr tarixli 353 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.3-cü, 2.8-ci, 15.2-ci və 34.2-ci bəndlər əlavə edilsin:

 

1.3.

Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının məlumat sistemi

2.8.

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin  hərbi-həkim komissiyasının məlumat sistemi

15.2.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının məlumat sistemi

34.2.

Müdafiə Nazirliyinin hərbi-həkim komissiyasının (hərbi-uçuş komissiyasının) məlumat sistemi

 

2. Aşağıdakı məzmunda 39 - 41-ci hissələr əlavə edilsin:

 

 

39. Fövqəladə Hallar Nazirliyi üzrə

39.1.

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının məlumat sistemi

 

40. Dövlət Sərhəd Xidməti üzrə

40.1.

Dövlət Sərhəd Xidmətinin Hərbi-Həkim Komissiyasının məlumat sistemi

 

41. Azərbaycan Respublikası Dövlət Sığorta Kom-mersiya Şirkəti üzrə

41.1.

Sığortaolunanlar barədə informasiya ehtiyatı

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video