15:30 03 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
02:27 17.06.2021

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı satınalma predmetləri üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

LOT 1: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;

LOT 2: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən mərkəzi ofisi üçün 2 ədəd 30 kVA gücündə elektrik tənzimləyicisinin, Yevlax və Quba şəhərlərində yerləşən Ərazi idarələri binalarında istismar olunan UPS avadanlıqları üçün akkumulyatorların və onların quraşdırılması işlərinin satın alınması;

LOT 3: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasının server otağında yanğın təhlükəsizliyi ilə bağlı işlərin və mal-materialların satın alınması;

LOT 4: Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələrinə texniki xidmətin satın alınması.

Tender proseduru 19 iyul 2021-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

İştirak haqqı tətbiq edilmir.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 01 sentyabr 2021-ci il  tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

-  iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 16 iyul 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 08 iyul 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı:

LOT 1 üzrə: 01.10.2021-ci il tarixdən;

LOT 2, LOT 3 və LOT 4 üzrə: satınalma müqaviləsi imzalandığı gündən.

Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti:

LOT 1 və LOT 4 üzrə: dövri olaraq 1 (bir) il müddətində;

LOT  2 və LOT 3 üzrə satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində.

Qiymətləndirmə meyarları:

LOT 1 üzrə: maliyyə və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza və iş təcrübəsi);

LOT 2 və LOT 3 üzrə: maliyyə və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza, iş təcrübəsi, zəmanət müddəti və zəmanət şərtləri).

LOT 4 üzrə: maliyyə və texniki amillər (maddi texniki baza, əməkdaşların peşəkarlığı  və korporativ müştərilərə xidmət (oxşar işlər üzrə korporativ müştərilərin sayı)).

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir. 

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

 

Tender komissiyası

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM