18:44 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:19 08.04.2021

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı Banklararası Kart Mərkəzinin arxitekturasında istifadə olunan  mənəvi və fiziki cəhətdən köhnəlmiş texniki platformanın yenilənməsi məqsədilə mal və xidmətlərin satın alınması ilə bağlı açıq tender keçirir.

Tender proseduru 26 may 2021-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 12 iyul 2021-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;

- iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 2 (iki) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla)  əks etdirən məlumatlar;

- iddiaçının təklif olunan malların satılmasına müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);

- iddiaçının ixtisas uyğunluğuna dair tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 25 may 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 17 may 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 500 (beş yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab №: AZ25NABZ01701190000000001944

M/h:  AZ74NABZ01451700000000001944

Kod:  501004

VÖEN: 9900071001

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York

corr. account number: 021088221 AZER

account №: AZ25NABZ01701190000000001944

Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

Texniki avadanlıqlar, standart proqram təminatı lisenziyaları və xidmətlər tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 8 (səkkiz) ay ərzində təhvil verilməlidir.

Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Fuad Səbziyev (Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı). Telefon: 493-11-22 (177), faks: 493-55-41, elektron poçt ünvanı:[email protected]

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM