18:18 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) fəaliyyətini təmin edən zəruri server və şəbəkə avadanlıqlarının satın alınması məqsədilə tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
01:33 23.06.2021

 

1. Tenderin predmeti: Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) fəaliyyətini təmin edən zəruri server və şəbəkə avadanlıqlarının satınalınması.

2. Tender iştirakçıları https://www.etender.gov.az/ dövlət satınalmaların vahid internet Portalına (Portala) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etməlidirlər.

3. İddiaçılar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər (Portal vasitəsilə):

Təşkilati və hüquqi sənədlər  bölməsi üzrə sənədlər

3.1. iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş);

3.2. qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

3.3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə arayış;

3.4. son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

3.5. iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

3.6. son hesabat ili üçün fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti;

3.7. iddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə sənəd (Müvafiq orqan tərəfindən verilən arayış).

İddiaçının ixtisas göstəricilərinə dair sənədlər

3.8. iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 3 (üç) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla)  əks etdirən məlumatlar;

3.9. maliyyə informasiyası (Şərtlər toplusunun 4 nömrəli əlavəsinə uyğun);

3.10. ixtisaslaşma məlumatları (Şərtlər toplusunun 3 nömrəli əlavəsinə uyğun); İddiaçının işçilərinin təcrübəsi və peşəkarlığına dair Əlavə 3-də göstəriləcək məlumatlar əsasında ixtisas uyğunluğu aparılacaqdır. İşçilərinin müvafiq təcrübəsi olmayan iddiaçılar qiymətləndirilmə proseduruna buraxılmayacaqdır. 

3.11. müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxsin olmaması (Müvafiq orqan tərəfindən verilən arayış);

7. Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) fəaliyyətini təmin edən zəruri server və şəbəkə avadanlıqlarının satın alınması məqsədilə keçirilən elektron tenderdə iştirak etmək istəyən iddiaçılar tenderdə iştirak üçün 500 (beş yüz)  manat iştirak haqqı ödədikdən sonra  tenderin şərtlər toplusunu dövlət satınalmaların vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.

Tenderin  iştirak haqqı “ASAN ödəniş” sistemi ilə bu hesaba köçürülməlidir:

 

VÖEN  1400108191, Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi-135

Dövlət Xəzinədarlıq  Agentliyi   kod: 210005      

M/hesabı: AZ41NABZ01360100000000003944, VÖEN  1401555071

S.W.İ.F.T.  BİK: CTREAZ22, Maliyyə Nazirliyi  kitab 002527-2108571

Hesab №AZ83CTRE00000000000002108571

Büdcə səviyyəsinin kodu: 7, Təsnifatın kodu: 142340

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

8. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-ci ilin iyul ayının 14-ü saat 12:00-dək, tender təklifi və bank təminatını isə 2021-ci ilin iyul ayının 26-sı saat 14:00-dək dövlət satınalmaların vahid internet Portalı  vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

9. İddiaçıların təklifləri 2021-ci ilin iyul ayının 27-də saat 12:00-da açılacaqdır. Təkliflərin açılması dövlət satınalmaların vahid internet Portalında aparılacaqdır.

Təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaqdır.

10. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici Nurlan Soltanov. Telefon:  (99412) 404-34-43            

11.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

  

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün proseduralar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM