04:56 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
ANA SƏHİFƏ / MILLI MƏCLIS
17:39 05.06.2020

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu rəhbər tutaraq və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisiqərara alır:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilsinlər:

Əliyev Adil Abış oğlu

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,

Ağazadə Əminə Həmid qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirbəşir oğlu Elşad

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Nağıyev Arzu Nəsib oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirzəyev Səfa Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.


Azərbaycan Respublikası

Milli Məclisinin Sədri S.Qafarova

Bakı şəhəri, 5 iyun 2020-ci il.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM