13 Aprel 2021 18:50
789
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub

 

Aprelin 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr Fərhad Abdullayev səfirə diplomatik fəaliyyəti dövründə dost və qardaş Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğunu, bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq sahəsində də əlaqələrin daha da dərinləşməsində verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini qeyd edən F.Abdullayev ulu öndər Heylər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladaraq, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində dövlət başçılarımızın müstəsna rolunu vurğulayıb.

Söhbət zamanı Konstitusiya Məhkəməsinin sədri ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində parlaq qələbəsinin Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqının qələbəsi kimi qəbul edildiyinə görə sevincini diqqətə çatdırıb. Göstərdiyi mənəvi dəstəyə görə Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinə, habelə bütün qardaş Türkiyə xalqına və Türkiyə Ali Dövlət qurumlarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi adından bir daha təşəkkürünü ifadə edib.

Səmimi sözlərə görə minnətdarlıq edən səfir Erkan Özoral diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi ölkələrimizin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirib. Hörmətli qonaq 30 il davam edən işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağının qaldırılması ilə bağlı xalqımızın sevincini daim xatırlayacağını bildirib.

Səfir Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin strateji əməkdaşlıq xarakteri daşıdığını vurğulayıb.

Görüşün sonunda sədr Fərhad Abdullayev səfir Erkan Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb və xatirə şəkilləri çəkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video