17 Mart 2012 01:03
1017
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində BMT-nin ekspertləri ilə görüş keçirilmişdir

 

Martın 15-də  Konstitusiya Məhkəməsində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının  Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, aparatın rəhbərliyi və məsul əməkdaşları iştirak etmişlər.

Görüşdə qonaqlara Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlmiş qərarları və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur, məhkəmə iclasları ictimaiyyət üçün açıq və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.  

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin insan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı ilə əməkdaşlığı məsələlərinə də toxunulmuşdur.

BMT-nin Narkotiklər və  Cinayətkarlıq üzrə İdarəsinin korrupsiya və iqtisadi cinayətkarlıq şöbəsinin əməkdaşı Dorothee Gottvald ölkəmizdə olduqları səfər çərçivəsində bir neçə dövlət və qeyri-dövlət qurumları ilə görüşlər keçirdiklərini bildirmişdir. O, Konstitusiya Məhkəməsində olmasından məmnunluğunu bildirmiş və səmimi qonaqpərvərliyə görə təşəkkür etmişdir.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının  Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndələri bu cür səfərlərin təşkilinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını diqqətə çatdırmışlar.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə Kontitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video