24 Iyun 2020 00:18
1098
Fərmanlar
A- A+

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protocol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 1013 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 60-1-ci hissə əlavə edilsin:

"60-1. Məcəllənin 533-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

60-1.1. teleradio yayımlarına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından - bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

60-1.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından - bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

60-1.3. açıq məkanda reklam daşıyıcılarına münasibətdə:

60-1.3.1. "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində törədilən inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından - bu Siyahının 31-2.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

60-1.3.2. "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində törədilən inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi adından - bu Siyahının 31-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

60-1.3.3. Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində törədilən inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş Dənizkənarı Bulvar İdarəsi adından - bu Siyahının 31-2.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 533-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video