23 Iyun 2021 01:32
6437
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Dövlət Neft Fondu açıq tender elan edir

 

LOT-1. Avadanlıqlar üçün cari

təmir materiallarının satın alınması;           

LOT-2. Əsas fondlara (Transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına) texniki xidmətin satın alınması.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yuxarıda qeyd edilmiş satınalma predmetləri üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.

eTenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

İdiaçılara təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (bundan sonra - Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

eTenderdə iştirak haqqı LOT 1 üzrə 200 AZN, LOT2 üzrə isə 100 AZN məbləğində müəyyən edilmişdir. İddiaçılar iştirak edəcəkləri LOT üzrə müəyyən edilmiş iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra eTenderin Azərbaycan dilində tərtib edilmiş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər. eTenderdə iştirak üçün tələb olunan sənədlərin siyahısı Portalda və Əsas Şərtlər Toplusunda göstərilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C  

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 14 iyul 2021-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 26 iyul 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 27 iyul 2021-ci il saat 10:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. İddiaçılar eTenderlə bağlı yaranmış sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

eTender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video