19 Yanvar 2021 00:09
721
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edir

 

Tender 6 (altı) LOT üzrə keçiriləçəkdir.

 

LOT 1 - Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər  üçün Fəaliyyət planına əsasən 2021-ci il üzrə işlərin aparılması

 

LOT 2 - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə öhdəliyində olan Dövlət Proqramlarının müvafiq bəndlərinin (Azərbaycan Respublikasında Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” ; “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”; Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı) icrası məqsədilə işlərin təşkili

 

LOT 3 - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun işğaldan azad olunmuş ərazilərdə işlərin aparılması və müharibədən zərər çəkən ailələrə dəstəyin həyata keçirilməsi

 

LOT 4 - Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması

 

LOT 5 - 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərin və Azərbaycan Uşaqlarının  V Ümumrespublika Forumunun keçirilməsinə hazırlıq işlərinin təşkili

 

LOT 6 - 15 May - Beynəlxalq Ailə Bayramı Gününə həsr olunmuş silsilə tədbirlərin təşkili

 

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

 

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, kifayət qədər ixtisaslı kadrların olması, görülmüş işlərə zəmanətin verilməsi, iddiaçının dövriyyəsi nəzərə alınmaqla

 

Azərbaycan Beynəlxalq Bankı (“asan ödəniş” ilə portal vasitəsilə ödəniş olunmalıdır)

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

 

Hesab AZ71CTRE00000000000002318501

VÖEN 1700332731

Fond-7

Kitab nömrəsi-002306-2318501;

Funksional təsnifat-00113;

İqtisadi təsnifat-142330 (sair daxilolmalar)

İştirak haqqı-100 man

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Bütün iddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə 10.02.2021-ci il saat 12:00-a kimi təqdim etməlidirlər:

 

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;

- tender təklifi sənədi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).

 

 Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (Xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisasa dair sənədlərini 10.02.2021-ci il tarixə kimi və tender təklifi ilə bank təminatı sənədlərini 18 fevral 2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər . İddiaçıların təklifləri 19 fevral 2021-ci il saat 11:00-da açılacaqdır.

 

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video