11 Fevral 2021 00:29
692
ELANLAR
A- A+

Azərbaycan Respublikası Təhsil Nazirliyi açıq tender elan edir

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi potensial malgöndərənləri (podratçıları) 2021-2022-ci tədris ilinə təhsil haqqında dövlət sənədi blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üzrə dövlət satınalmalarının vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə keçirilən tenderdə iştirak etməyə dəvət edir.

Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan iddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) 05 mart  2021-ci il 17.00-dək vahid internet Portalı vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak etmək üçün ərizə (tenderin adı göstərilməklə) və tender üzrə 500 (beş yüz) manat məbləğində heç bir halda geri qaytarılmayan iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi. eSatınalma Portalında iştirak haqqı ödənişləri yalnız “ASAN ödəniş” sistemi vasitəsilə nağdsız şəkildə həyata keçirilir;

- malgöndərənin (podratçının) tam adı və rekvizitləri, qeydiyyatdan keçdiyi ölkə və hüquqi statusunu təsdiq edən sənədlər;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçının) ixtisas uyğunluğu göstəriciləri ilə bağlı satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını təsdiq edən sənəd kimi hər hansı bir təqvim ilində təhsil (məktəb) sənədləri blanklarının və ya xüsusi istifadə rejiminə malik olan digər blankların sifariş əsasında istehsalı sahəsində azı 500000 (beş yüz min) manat məbləğində icra edilmiş müqavilələrinin, o cümlədən Azərbaycan Respublikasında azı 50000 (əlli min) manat məbləğində icra edilmiş müqavilələrinin əsllərinin surətləri;

- tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında əmr və ya digər sənəd;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd kimi kiçik, orta, yaxud mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;

- tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;

- tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat;

-  tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

-  tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.

İddiaçı tender təklifini və təklifin dəyərinin 1 (bir) faizi həcmində olan bank təminatını “Dövlət satınalmaları haqqında” qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq 16 mart 2021-ci il saat 17:00-dək vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə təqdim etməlidir. Tender təklifi açıldığı gündən sonra 60 (altmış) bank günü qüvvədə qalmalıdır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır. İddiaçılar hər bir tender üzrə yalnız bir təklif verə bilərlər. İddiaçıların tender təklifi, həmçinin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib edilməlidir.

Tender təklifləri 17 mart 2021-ci il saat 17:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə tanış ola bilərlər. Hər bir tender üzrə azı üç təklif təqdim olunduqda tender baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan tender baş tutmamış elan edilir, həmin tenderin davamından imtina edilir.

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə aparılır. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi Əsas şərtlər toplusunda öz əksini tapır. İddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlər və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İstehsal edilmiş məhsullar 31 may 2021-ci il tarixədək Bakı şəhəri, Xətai prospekti 49-da yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinə təhvil verilməlidir.

Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Aynurə Novruz qızı Həsənovaya müraciət etmək olar. Əlaqə məlumatları:

 

Ünvan: Bakı şəhəri, Xətai prospekti, 49

Telefon: 599-11-55 (daxili: 5126)

e-mail: [email protected]

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video