18 Aprel 2021 00:11
814
ELANLAR
A- A+

Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı Şəhər Nümayəndəliyi tərəfindən Şamaxı şəhəri ərazisində yol qovşağında yerləşən mövcud dairənin və dairə ətrafı avtomobil yollarının təmiri işlərinin satın alınmasına dair açıq tender elan edir

 

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını asan pay vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 2000 manatdır.

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- iddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün lisenziya;

- işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).

 

İxtisas uyğunluğu sənədləri:

 

Malgöndərənin işçi heyəti barədə məlumatı - İddiaçının işlərin yerinə yetirməsi üçün ən azı 10 əməkdaşı olmalıdır və həmin əməkdaşların əmək kitabçalarının surəti təqdim edilməlidir.

Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi - İddiaçının 1 oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər.

Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 07.05.2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 20.05.2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 21.05.2021-ci il saat 11:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video