22 Avqust 2021 01:01
1873
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 93 nömrəli, “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 93 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 641; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1037) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinin birinci cümləsində “I və II dərəcə” sözləri “orqanizmin funksiyaları 61-100 faiz pozulmuş” sözləri ilə əvəz edilsin.

 2. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 642; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 761; 2018,

№ 3, maddə 412; 2020, № 8, maddə 1037; Azərbaycan Respublikası Prezidentinin 2021-ci 12 iyun tarixli 1352 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə”nin 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasından “I, II və ya III dərəcə” sözləri çıxarılsın.

 3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70;

№ 11, maddə 1117; 2018, № 2, maddə 187; 2020, № 8, maddə 1038) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 6-cı hissəsində “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 4. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627; 2017, № 5, maddə 770; 2018, № 2, maddə 207; 2019, № 5, maddə 847; 2020, № 8, maddə 1037, № 12 (I kitab), maddə 1487) 2.1-1-ci bəndində “yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş” sözləri “yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324, № 10, maddə 849; 2008, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 10, maddə 851; 2011, № 2, maddə 85; 2012, № 9, maddə 856; 2014, № 4, maddə 362; 2017, № 4, maddə 557, № 5, maddə 813; 2018, № 2, maddə 205; 2020, № 8, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.18-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

5.2. 8.26-cı bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; 2021, № 4, maddə 327; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1355 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndindən “, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılsın.

 7. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420,

№ 9, maddə 857; 2013, № 10, maddə 1154, № 11, maddə 1331; 2019, № 7, maddə 1232, № 12, maddə 1929; 2020, № 8, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri

“18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

8. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,16 avqust 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video